IQNA

7:38 - September 03, 2012
Xəbər sayı: 2403659

Qoşulmayanlar Hərəkatı Başçılarından ən azı 2018-ci il iclasının Beytül-Müqəddəsdə keçirilməsi gözlənilir

Siyasi qrup: "Bəsice Müstəzəfin" təşkilatının rəisi İİR-in prezidentinə ismarıc yollayaraq elan edib: QH-nın (Qoşulmayanlar Hərəkatı) Sionist rejimi ilə əlaqəsini tam kəsməsi, QH-na Fələstinli rəis seçmək və QH-nın başçılarının 2018-ci ilin iclasını Beytül-Müqəddəsdə keçirtmək bu hərəkatdan gözlənilən ən kiçik bir addım və ən az bir işdir.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Bəsice Müstəzəfin" təşkilatının rəisi ümumi əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə Sərdar Məhəmmədrza Nəqdi -"Bəsice Müstəzəfin" təşkilatının rəisi, İİR-in prezidenti və QH-nın 16-cı dövrünün rəisinə ismarıc yollayaraq elan edib ki, QH-nın İranda təhlükəsizliyinin qorunması və iclasın xoşluqla sona yetməsinə, istismarçı qüvvələrin səylərinə baxmayaraq bu iclasda mühüm sənədlərin imzalanmasına görə Allaha şükr edirəm və bu iclasın təhlükəsizliyini öhdəsinə götürən "Bəsici"lərə təşəkkür edirəm.
Sərdar Məhəmmədrza Nəqdi -"Bəsice Müstəzəfin" təşkilatının rəisi, İİR-in prezidentinə göndərdiyi ismarıcda deyir:
"15 il bundan öncə İslam Konfransı Təşkilatının da rəisliyi İrana həvalə olunmuşdu. Amma o zamankı dövlət bundan Fələstin xalqının azadlığı üçün səmərəli istifadə etmədi. Lakin ümid edirən ki, sizin dövlət yaranmış fürsətdən istifadə edəcək və QH-na üzv ölkəlrədlə diplomatik əlaqələr yaradaqraq Beytül-Müqəddəsin azadlığı uğurunda çalışacaqsınız.
Bəsicilər sizdən istəyirlər ki, sionist rejimin məhvi və Fələstin millətinin müdafiəsi üçün var gücünüzlə çalışasınız.
QH-nın (Qoşulmayanlar Hərəkatı) Sionist rejimi ilə əlaqəsini tam kəsməsi, QH-na Fələstinli rəis seçmək və QH-nın başçılarının 2018-ci ilin iclasını Beytül-Müqəddəsdə keçirtmək bu hərəkatdan gözlənilən ən kiçik bir addım və ən az bir işdir.
Biz istəyirik ki, QH tam gücü ilə Amerikanın qüdrəttələbliyinin qarşısını alsın. ABŞ və Britaniyanın müxtəlif ölkələrdə saxladığı hərbi qüvvələri bu ölkələrdən geri çəksin.
Biz istəyirik ki, dolların region iqtisadındakı təsiri heçə ensin.
Biz BMT-nin Amerikanın ərazisindən çıxarılıb bitərəf bir regionda təşkil olunmasını istəyirik.
Biz QH-ından istəyirik ki, İslami Oyanış baş vermiş ölkələri himayə etsinlər...
Biz QH-na üzv olan bütün ölkələrə öz təşəkkürümüzü bildirirki, hegemonların etirazlarına baxmayaraq Tehran zirvə görüşündə iştirak edib onların qarşısında şücaətlə dayan biləcəklərini sübut etdilər.
10894414

captcha