IQNA

16:47 - September 09, 2012
Xəbər sayı: 2408295

Ramin Mehmanpərəst, Tehrandakı Kanada səfriliynin bağlanmasına reaksiya verib

Siyasi qrup: İİR-nın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Kanada Xarici İşlər nazirinin sözlərinə reaksiya verərək deyib: Stephen Harperin başçılıq etdiyi hazırkı Kanada dövləti xarici siyasət zəminində radikallığı ilə tanınır. Onun bu addımı Qoşulmama Hərəkatı sammitinin Tehranda keçirilməsinə olan tələsik etirazı və radikal siyasətinin davamı idi.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İİR-nın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Kanada Xarici İşlər nazirinin sözlərinə reaksiya verib. O, deyib: "Stephen Harperin başçılıq etdiyi hazırkı Kanada dövləti xarici siyasət zəminində radikallığı ilə tanınır. Tehrandakı Kanada səfirliyində viza bölməsinin bağlanması, Kanadadakı iranlıların hesablarının bağlanması, iranlı tələbələrə pul köçürülməsinin qarşısının alınması Kanada dövlətinin İran xaqlına və bu ölkədə sakin olan iranlılara qarşı apardığı siyasətlərin bir nümunəsidir".
Mehmanpərəst, irqçi Kanada dövlətinin sionist və İngilis siyasətləri yönündə hərəkət etdiyini bildirib. Kanada dövləti Tehranın Qoşulmama Hərəkatı iclasının baş tutmaması üçün müxtəlif səylər də göstərmişdi.
1093508
captcha