İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu toplantı "Vahid Ümmət" beynəlxalq birliyi tərəfindən Bəreynli müxalif qrupların və Bəhreyn xalqını himayə edən bəzi avropalı insan haqları və siyasi aktivistlərin iştirakı ilə keçiriləcək.
Bu toplantı oktyabr ayının 4-dən 6-dək Tehranda və İranın bir-neçə şəhərində İnsan haqları aktivistləri və tələbələrin iştirakı ilə keçiriləcəkdir.
Xatırladaq ki, diktator Ali-Xəlifə rejimi əleyhinə Bəhreyn qiyamının başladığı vaxtdan indiyədək 2 min nəfərdən çox müxalif zindana atılıblar. Bu zindanlarda heç bir insan haqlarına riayət olunmur. Bəreyn qiyamının rəhbərləri əbədi həbsə məhkum ediliblər.
1094421