İQNA-nın verdiyi xəbərə görə Təbriz şəhəri sentyabr ayının 12-dən 15-dək Tələbə Quran Fəaliyyətləri təşkilatı tərəfindən keçirilən Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turuna evsahibliyi edəcək.
Proqrama görə sentyabr ayının 11-də yarışçılar hotellərdə yerləşəcək və yarışın açılış mərasimi Təbriz Cümə namazı müsəllasında olacaq.
Ayın 22-də Quranın hifzi üzrə giriş yarışları saat 9:00-da və Qiraət yarışları saat 4:00-da başlayacaq. Ayın 23-də Qiraət yarışlarının ilk mərhələsi saat 20:00-dək davam edəcəkdir.
Cümə günü müsəllada hifz və qiraətin son mərhələ yarışları keçiriləcəkdir.
Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun yekun mərasimi altıncı gün sentyabr ayının 25-də saat 9:00-da müsəllada başlayacaqdır.
Qeyd edək ki, yarışçıların Təbriz şəhərinin tarixi və mədəni abidələri tamaşa etməsi də proqrama salınmışdır.
Bundan əlavə yarışın haşiyəsində müxtəlif iclaslar da keçiriləcəkdir.
1095364