İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 3-cü turu 1389 –cu ilin Dey ayında (dekabr, 2010) İmam Rzanın (ə) müqəddəs hərəminin qonşuluğunda Məşhəd şəhərində dünyanın 40 ölkəsinin iştirakı ilə təşkil olunmuşdu.
Bu müsabiqələr hər iki ildə bir dəfə Qiraət və Hifz üzrə keçirilir və hər dəfə yarışlarının keyfiyyətinin və iştirakçıların sayının artığının şahidi oluruq.
3-cü turda Misrili qari Ustad Şeyx Əbuleyneyn Şüəyşə ki, Ali Nəzarət Şurasının rəisi idi, son dəfə olaraq İranın Quran yarışlarında iştirak edtdi. Çünki, o, bu yarlışlardan sonra Quran cameəsində ayrılmalı oldu və 1390-cı il (2011) torpaq niqabını üzə çəkərək onu sevənləri əzadar etdi.
Bu turda hakimləri heyətini Ustad Şüəyşədən başqa Əbdürrəsul Əbayi, Əbbas Səlimi, Rəhim Xaki, Kərim Dövləti, Məhəmməd Abbasi, Haşim Rövğəni, Seyid Cavad Sadat Fatimi, Həmidrza Müstəfid və Misir, Türkiyə, Suriya, Livan, İraqdan hakimlər təşkil edirdi.
Bu turda Malaziya və Misirdən də iştirakçılar yarışlara qatılmışdı.
3-cü turun açılış mərasimi 1389-cu ilin Dey ayının 19-da (09, 01, 2011) Ayətullah Məkarim Şirazi və Mahmud Əhmədinijatın ismarıclarının oxunuşu ilə başladı.
Bu turun şüarı "Quran ətrafında İslami birlik" idi.
Bu turda Məhəmməd Xətibi hifz üzrə, Hamid Vəlizadə Qiraət üzrə birinci yeri tutmuş və 10 milyon tümınlik mükafatı qazanmışdılar.
İkinci və üçüncü yerləri Liviya, İndoneziya, Əfqanıstan və Tacikistandan yarışçılar qazanmış və 5 və 8 milyon tümənlik mükafatları almışdılar.
1094802