IQNA

23:19 - September 13, 2012
Xəbər sayı: 2410769

Qüdsün İslami-Məsihi komitəsi İslami abidələrin dağıdılması barədə xəbərdarlıq etdi

Beynəlxalq qrup: Qüdsdən Himayə İslami-Məsihi komitəsi bəyaniyyə yayaraq sionistlərin Qüds məscidinin cənub tərəfindəki İslami abidələrin dağıdılması layihəsi barədə xəbərdarlıq etdi.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) CPİ saytına istinadən verdiyi xəbərə görə Qüdsdən Himayə İslami-Məsihi komitəsi bəyaniyyə yayaraq sionistlərin Qüds məscidinin cənub tərəfindəki "Vadi Həlvə Səlvan" məhəlləsində İslami abidələrin və Əməvi və Abbasi dövrünün tarixi mirasının dağıdılması layihəsi barədə xəbərdarlıq etdi.
Sionistlər layihə hazırlayaraq Qüdsü yəhudiləşdirmək və bu ərazilərin İslami-Ərəbi şəxsiyyətini dəyişdirmək istəyirlər. Onlar Qüdsün yəhudilərin haqqı olduğunu iddia edirlər.
Qüdsdən Himayə İslami-Məsihi komitəsi beynəlxalq təşkilatlardan və Fələstinin tarixi əsərlərinin qorunması məsullarından bunun qarşısının alınmasını tələb edib.
1096122
captcha