IQNA

Düşmənlərin İslam Peyğəmbərini (s) təhqir etməsinin səbəbi onların İran millətinin və İslami Oyanış dalğasının qarşısında aciz olmasıdır

15:52 - September 17, 2012
Xəbər sayı: 2413628
Siyasi qrup: Ali Baş Komandan, Ali Dini Lider, Həzrət Ayətullah İmam Seyid Əli Xamənei cənabları Milli Ordunun Hərbi Akademiyasını bitirən zabitlərin andiçmə mərasimində dedi: "Düşmənlərin İslam Peyğəmbərini (s) təhqir etməsinin səbəbi onların İran millətinin və tufanlı dənizə oxşayan İslami Oyanış dalğasının qarşısında aciz qalmasıdır".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah İmam Xaməneinin dəftərxanasının xəbər saytına istinadən verdiyi xəbərə görə Ali Baş Komandan, Ali Dini Lider, Həzrət Ayətullah İmam Seyid Əli Xamənei cənabları bu gün səhər (17 sentyabr) Milli Ordunun Hərbi Akademiyasını bitirən zabitlərin andiçmə mərasimində düşmənlərin son günlərdəki cianyətlərinə işarə edərək dedi:
"Millətlər Amerika və sinonistlərin anti-İslam siyasətini başa düşmüş və bu işdə Amerika, İsrail və bəzi Avropa ölkələrini günahkar bilirlər. İndi isə bu ölkələr bu cür mənfur addımların qabağını almaqla öz günahsızlıqlarını sübut etməlidirlər... Amerika və sinonistlər İslami Oyanış dalğasının qarşısında özlərini aciz görükləri üçün belə dəlicəsinə cinayətlərə əl atırlar".
"Onlar bu cinayətləri məhkum etmir, qarşısını almır və utanmadan da bu işdə əlləri olmadıqlarını deyirlər".
"Əgər onlar sözlərində düzdürlərsə əməllərində də bunu sübut etsinlər. Hegomonların siyasəti həmişə anti-İslam olub. Buna görə də bu cür cinayətlərin qarşısını almırlar və heç vaxt almayacaqlar... Müstəkbirlər bu cür cinayətlərin qarşısını almağı söz azadlığının ziddi sayırlar. Amma onların siyasətlərinə etiraz etməyi qırmızı xətti keçmək sayırlar. Görəsən onların bu sözlərinə və bəhanələrinə inan var?... Bu ölkələrdə heç kim qondarma "holocaust" məsələsini və ya qeyri-əxlaqi azadlıq olan "homoseksualizm" siyasətini tənqid etməyə cürət etmir. Bu ölkələrdə söz azadlığının mənası belə yoxdur. Onlar bu hoqqabazlıq ilə şəxsiyyətsiz insanlara icazə verirlər ki, İslami müqəddəsləri təhqir etsinlər".
"Amerka özü diktatrodur və Mübarək (Misirin sabiq prezidenti), Məhəmmədrza Şah Pəhləvi (İran şahı) kimi diktatorlar yetişdirmişdir... Dünyanın müxtəlif yerlərində azadlıqsevər insanlar Amerikanın siyasi-ictimai mərkəzləri önündə nümayiş keçirir və ABŞ və Sionist rejimin siyasətlərinə qarşə öz dərin nifrətlərini bildirirlər".
"Şübhəsiz ki, İslam günəşi hər gün keçdikcə həmişəkindən daha parlaq olacaqdır. Qələbə İslam ümmətinin olacaqdır".
1100540
captcha