IQNA

Etiraz aksiyası keçirən Azərbaycan müsəlmanları polis tərəfindən saxlanıldı

16:19 - September 25, 2012
Xəbər sayı: 2419668
Siyasi şöbə: Fransız jurnalında dərc olunan İslam Peyğəmbərini (s) təhqir edən karikaturlara münasibət bildirmək mqəsədi ilə Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirən Azərbaycan müsəlmanlarının bir çoxu polis tərəfindən tutulub saxlanıldı.
İQNA xəbər agentliyinin məlumatına əsasən, ölkənin İslam partiyası bildirdi: Polis etiraz aksiyası keçirən müsəlmanlara hücum edərək və onların bir çoxunu tutaraq saxlamışlar.
Dünən Azərbaycanlı müsəlmanlar Fransa səfirliyi qarşısında şüar verərək öz etirazlarını bildirmişlər. Ölkə müsəlmanları İslam Peyğəmbərini təhqir edən Fransız jurnalında dərc olunmuş karikaturu və Amerika istehsalı olan filmi şiddətlə məhkum etdilər və günahkarların tez bir zamanda cəzalandırılmalarını tələb etdilər.
1106376
captcha