IQNA

İmam Musa Sədrin taleyi ilə maraqlanmaq üçün Livan dövləti Liviyaya tədqiqat qrupu ezam edəcək

7:57 - October 04, 2012
Xəbər sayı: 2425590
Beynəlxalq qrup: İmam Musa Sədr və onun yoldaşlarının məsələsi ilə maraqlanan komitə Şiələrin oğurlanmış rəhbərinin işi ilə bağlı Liviyaya Livandan tədqiqat qrupunun göndəriləcəyini xəbər verdi.
İQAN-nın “Əl-Mənar” kanalına istinadən verdiyi xəbərə görə İmam Musa Sədr və onun yoldaşlarının məsələsi ilə maraqlanan komitə Şiələrin oğurlanmış rəhbərinin işi ilə bağlı gələn həftə Liviyaya Livandan tədqiqat qrupunun göndəriləcəyini xəbər verdi. Liviyanın Tropili (Trablos) şəhərinə ezam olunacaq qrupa Qazi Həsən Əş-Şami başçılıq edəcək. Tropilidə isə Həsən Saleh – Livan səfirliyinin iş biləni, bu heyətlə yoldaşlıq edəcəkdir.
Bu komitə son günlərdə mətbuatda İmam Musa Sədr haqqında yayılan xəbərləri təkzib edib. Və Livanın Liviyadakı Mədəni İşlər İdarəsi bu xəbərlərin yalan olduğunu gələn həftə ifşa edəcəkdir.
Qeyd edək ki, iki gün öncə Livanın “Əd-Diyar” qəzeti yaymışdı ki, Abdullah Senusi – Liviyanın keçmiş əks-kəşfiyat rəisi, İmam Musa Sədrin Qəzzafi tərəfindən şəhid edildiyini etiraf edib.
1112854
captcha