İctimai qrup: Ali Məqamlı Din Mərcəi Ayətullah Safi Gülpayqaninin İQNA-nın (İran Quran Xəbər Agentliyi) Həcc ziyarəti zamanı müxtəlif hədiyyələr almaq barəsində sualını cavablandırdı. O, Hədiyyə almağın ümumi halda bir eybi olmadığına işarə edək dedi: Hacılar ən az hədiyyə almağa kifayət edib qalan qısa vaxtlarını dua, ziyarət və müqəddəs məkanlarda mənəvi ruzi və azuqə qazanmala məşğul olsunlar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Həcc ziyarəti zamanı hədiyyə almaq İslamda tövsiyə olunmuş işlərdəndir. Əlbəttə bu hədiyyə Peyğəmbərimiz (s) tərəfindən Xurma və Zəmzəm suyu ilə məhdudlaşdırılmışdır. Amma təəssüflər olsun ki, vaxtın çoxunu bazarlarda gəzmək və bahalı hədiyyələr (və hətta satlıq mallar) almaq Hacılar üçün artıq bir adət və dəb halına düşmüşdür. Bu bazarlıq isə Şiəçiliyin düçmənlərinə köməyindən əlavə böyük ibadət və ziyarət savabını və fürsətini də hacıların əlindən alır.
Buna görə də İQNA bu məsələ ilə bağlı Ali Məqamlı Din Mərcəi Ayətullah Safi Gülpayqaninin hüzuruna "Daxili bazarlardan hədiyyə almağın hökmü" adı altında sual ünvanlayıb ki, sualın mətnini və cavabını təqdim edirik:
"İran İslam Respublikasının indiki vəziyyətini (İqtisadi böhran və İran İslam Respublikasının milli istehsalından himayənin zəruriliyi) və həmçinin Şiələrin dünyada qətliamı və şiəliklə mübarizənin Səudiyyə Ərəbistanının proqramlarının əsas hissəsi olduğunu və bu proqramın xərclərinin Həcc mərasiminin pulu ilə ödənildiyini nəzərə alaraq İranlı zəvvarların Ərəbistanda hədiyyə almağının hökmü nədir? Zati Alilərinin nəzərincə həm həcc zamanı daha çox vaxtın ziyarətə sərf olunması və həm də yuxarıda deyilənlərin baş verməməsi baxımından zairlər üçün daxili bazarların yardılması daha da məqsədə uyğun deyildirmi?"
Ali Məqamlı Din Mərcəi Ayətullah Safi Gülpayqaninin cavabı: "Ümumi şəkildə hədiyyə almağın eybi yoxdur. Qeyd etdiyiniz tövsiyəyə də əməl etmək çox gözəldir. Hacılar ən az hədiyyə almağa kifayət edib qalan qısa vaxtlarını dua, ziyarət və müqəddəs məkanlarda mənəvi ruzi və azuqə qazanmala məşğul olsunlar. Öz mərifət və bəsirətlərini çoxaltsınlar. Allah Alimdir.
1113781