IQNA

“Müsəlmanların məsumiyyəti” filminin yaradıcısı məhkəmə qarşısına çıxacaq

22:41 - October 09, 2012
Xəbər sayı: 2428894
Beynəlxalq qrup: Qalmaqallı “Müsəlmanların məsumiyyəti” filminin ehtimal edilən yaradıcısı, Nakula Basili Nakula təxəllüsü ilə tanınan Mark Basili Yusef oktyabrın 10-da Los-Ancelesdə federal məhkəmə qarşısına çıxacaq.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «journalmetro» saytına istinadən verdiyi xəbərə görə Qalmaqallı “Müsəlmanların məsumiyyəti” filminin ehtimal edilən yaradıcısı, Nakula Basili Nakula təxəllüsü ilə tanınan Mark Basili Yusef oktyabrın 10-da Los-Ancelesdə federal məhkəmə qarşısına çıxacaq.
Əvvəllər 2010-cu ildə maliyyə cinayətlərinə görə məhkum olunmuş Yusef sentyabrın 27-də həbsxanadan vaxtından əvvəl buraxılma şərtlərini pozduğuna görə azad edilib. KİV-in məlumatına görə, Yusef 2011-ci ildə azadlığa internetdən hüquq-mühafizə orqanlarının xüsusi icazəsi olmadan istifadə etməmək şərti ilə buraxılıb. Ona həm də ləqəbdən istifadə etmək qadağan edilmişdi.

Məluma görə, oktyabrın 10-da Yusefin işi üzrə ilkin iclas keçiriləcək və məhkəmə onun vaxtından əvvəl buraxılma şərtlərini pozub-pozmaycağını müəyyən edəcək.

Kopt xristian kilsəsinə aid Kalifoniya sakini Mark Basili Yusef (Nakulu) Peyğəmbər Məhəmməd (ə.s.) təhqir edilidyi “Müsəlmanların məsumiyyəti” filminin yaradıcılarından sayılır.
1114653
captcha