IQNA

21:57 - October 21, 2012
Xəbər sayı: 2435520

Sionist rejimi Qəzzəyə maddi kömək aparan sülhməramlı gəminin yolunu bağladı

Siyasi qrup: Qəzzəyə Fələstinlilər üçün humanitar yardım aparan "Estile" gəmisi Qəzzənin yaxınlığında sionistlərin hərbi katerləri tərəfindən saxlanıldı.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Qərb regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Qəzzəyə Fələstinlilər üçün humanitar yardım aparan və bir ay bundan öncə İsveçdən yola çıxmış "Estile" gəmisi oktyabr ayının 20-də Qəzzənin yaxınlığında sionist qüvvələrin hərbi katerləri tərəfindən saxlanıldı və Oşdud limanına tərəf yönəldildi.
Gəmidə Avropa ölkələrindən (İsveç, Norveç, Yunan, Kanada və İspaniya) olan Vəkillər, Müəllimlər, Müxbirlər və müxtəlif insanlar humanitar məqsədlər ilə mühasirədə yaşayan məzlum fələstin xalqına köməklər gətirirdilər.
Bundan öncə sionist qüvvələri 2010-cu ildə Mərmərə humanitar yardım daşıyan gəmisinə də hücuç etmiş və 9 nəfəri öldürmüşdülər.

1123065
captcha