IQNA

"Əl-Əqsanın xilası" cəbhəsi Misir Prezidentinin rəsmi üzrxahlığını tələb etdi

22:18 - October 21, 2012
Xəbər sayı: 2435526
Beynəlxalq qrup: Misirin "Əl-Əqsanın xilası" cəbhəsi Məhəmməd Mersinin Şimon Peresə göndərdiyi məhəbbətamiz məktubunu məhkum edərək misirlilərin hisslərinə toxunduğu üçün prezidentin xalqdan rəsmi üzrxahlıq istəməsini tələb etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Misir çapı olan Əl-Məşhəd qəzetinə istinadən verdiyi xəbərə görə Misirin "Əl-Əqsanın xilası" cəbhəsi elan etdi: Biz heç vaxt İsraili rəsmi olaraq bir ölkə kimi tanımayacayıq. Mersinin Presə xitabən dediyi dostcasına və məhəbbətamiz sözlərini qəbul etmirik.
Məhmud Qərib - Misirin "Əl-Əqsanın xilası" cəbhəsinin sözçüsü, Misir Prezidentinin sözçüsünün sözlərini rədd edərək dedi: Xalqın 25 yanvar inqilabından sonra seçdiyi ilk prezidentin bizim övladlarımızın qatili olan Şimon Peres ilə xoş danışması qəbuledilməzdir.
Məhmud Qərib - Misirin "Əl-Əqsanın xilası" cəbhəsinin sözçüsü, öz çıxışında prezidentin xalqdan rəsmi üzrxahlıq istəməsini tələb etdi və dedi ki, biz gələcəkdə Mersinin bu səhvinin müqabilində daha təsirli addımlar atacayıq.
Qeyd edək ki, Mersi İsrailə yüni səfir göndərərək sionist rejumin rəisinə xoş sözlər demiş və bu rejim üçün rifah və xoş günlər arzu etmişdir.

1123346
captcha