İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm kanalının saytına istinadən verdiyi xəbərə görə Səudiyyə Ərəbistanın Mədinə şəhərində yerləşən "Əl-əmru bil-məruf vən-nəhyu ənilmünkər" polisi Bəqi qəbiristanlığını ziyarət edən bir qrup şiə xanımlarına hücum edib zorakılıq göstərərək onları burada dəfn edilən Məsum İmamları (ə) və müqəddəsləri ziyarət etməyə qoymadılar. Polsilər xanımlara ziyarətnamə kitablarını və telefonlarını bağlamğı məcbur ediblər.
Şahidlərin dediyinə əsasən polislərdən biri çığır-bağır salaraq özünü kobudluqla qadınların arasına soxub ki, onları oradan uzaqlaşdırsın. Bir haldakı bu polis dəstəsi qadın və kişilərin bir yerə qatışmasının qarşısını almaq üçün yardılmışdır.
Bu polislər ziyarətçi xanımları təhqir edərək onları müşrik və kafir adlandırmışlar.
Məlum polis dəstəsi 2009-cu ildə də ziyarətçi qadınlara hücum etmiş və dörd nəfərin ölümünə səbəb olmuşdular.
1123954