İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Ədən Əl-Ğəd" saytına istinadən verdiyi xəbərə görə İngiltərə çapı olan "The Independent" qəzetinin 27 oktyabr 2012-ci il tarixli sayı "Ərəbistan İslam tarixini buldozerlə məhv edir" ünvanı altında yazır: Bu il Həcc mövsümündən sonra Mədinə şəhərində həyata keçiriləcək Peyğəmbər (s) məscidinin genişləndirilməsi və bir milyon yarım nəfərlik böyük bir məscidin tikilməsi proqramı İslami abidələrin və İslam tarixinin məhvi məqsədi ilə həyata keçirilir. Və bu da tarixi abidələri qoruyanları nigəran edir. Belə ki, layihədə Peyğəmbər (s) məscidinin qərbində yerləşən 1-ci və 2-ci xəlifələrin qəbirlərinin qorunması üçün bir proqram yoxdur.
Qəzetin yazdığına görə son 20 il ərzində Məkkə və Mədinənin 95 faiz tarixi əsərləri məhv edilmişdir.
Ərəbistan məsulları isə bu məsələ haqqında heç bir reaksiya bildirməyiblər.
1127052