IQNA

9:35 - November 07, 2012
Xəbər sayı: 2444123

İslam ölkələri Miyanmar müsəlmanlarının böhranını həll etmək üçün ciddi addım atsınlar

İctimai qrup: Əkmələddin Ehsan Oğlu – İslami Yoldaşlıq Təşkilatının Baş Katibi, Misirin Baş Naziri Hişam Qəndil ilə görüşündə vurğuladı: İslam ölkələri Miyanmar müsəlmanlarının böhranını həll etmək üçün ciddi addım atmalıdırlar.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) Şərqi Asiya regionu üzrə şöbəsinin verdiyi xəbərə görə noyabr ayının 5-də Misirin paytaxtı Qahirədə baş tutan bu görüşdə Əkmələddin Ehsan Oğlu – İslami Yoldaşlıq Təşkilatının Baş Katibi, Miyanmardakı məzlum müsəlmanların böhranının həlli üçün ciddi addımlar atılmasının zəruriliyini vurğulayraq bildiridi ki, zülmə məruz qalmış Miyanmar müsəlmanlarının əzab-əziyyətinin qarşısını almaq üçün İslam ölkələri tez bir zamanda və ciddi şəkildə işə qarışmalıdırlar.
Görüşdə tərəflər Miyanmar böhranı, İslamofobiya, film və karikaturalrda İslamın təqhir olunması və s... məsələlər barədə müzakirə və söhbət etdilər.
Bu görüşün sonunda isə 2013-cü ilin əvvələrində Misirdə keçiriləcək toplantının əhəmiyyəti və nəticələri haqqında müzakirələr edilib.
1132519
captcha