IQNA

İran xalqı bu gün ümummilli nümayiş keçirərək sionistlərin Qəzzəyə hücumunu məhkum edəcək

10:20 - November 16, 2012
Xəbər sayı: 2449033
Siyasi qrup: İnqilabçı İran milləti bu gün Cümə namazından sonra ümummilli nümayiş keçirərək yırtıcı sionistlərin Qəzzəyə vəhşicəsinə olan yeni hücumlarını məhkum edəcək.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə yırtıcı sionistlərin Qəzzəyə vəhşicəsinə etdikləri yeni hücumların ardınca İnqilabçı İran milləti "İslam Təbliğat Təşkilatı"nın dəvətinə "Ləbbeyk" deyərək bu gün (16 noyabr) Cümə namazından sonra bu hücumları məhkum və Fələstin xalqını himayə etmək üçün ümummilli nümayiş keçirəcək.
İran xalqı ilə birgə Tehran əhli də bu gün Cümə Namazını Seyid Əhməd Xatəminin imaməti ilə qıldıqdan sonra Tehran Universitetindən Fələstin meydanı istiqamətində nümayiş edəcəklər.

1138150
captcha