Beynəlxalq qrup: Ali Məqamlı Dini Mərcə Ayətullah Seyid Əli Sistani – Nəcəf əl-Əşrəf Ali Dini Elmi Hövzəsinin ustadı və Şiələrin Ali Məqamlı Dini Mərcəsi, Məhərrəm ayının əzadarlıq mərasimlərinin keçirilməsinin zəruri olduğuna təkid edərək dedi: "Məhərrəm ayının mərasimləri İslam ümmətinin şəxsiyyət rəmzidir".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "BURASA – (http://burathanews.com)" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ali Məqamlı Dini Mərcə Ayətullah Seyid Əli Sistani – Nəcəf əl-Əşrəf Ali Dini Elmi Hövzəsinin ustadı və Şiələrin İraqdakı Ali Məqamlı Dini Mərcəsi, İngiltərə müsəlmanlarına göndərdiyi xüsusi ismarıcda - ki, Ayətullah Sistaninin Avropadakı nümayəndəsi Höccətul-İslam vəl-Müslimin Seyid Mürtəza Kəşmiri tərəfindən oxunub, dedi: "Məhərrəmlik ayinlərini haram bilən və qadağan edən şəxslər İmam Hüseynin (ə), din (İslam) və məzhəbin (Şiə) düşmənləridir".
Ayətullah Sistani bu ismarıcda vurğulayıb: "Məhərrəm ayının mərasimləri İslam ümmətinin şəxsiyyət rəmzidir. Bu ayinləri qadağan edən və haram bilənlərə inanmayın ki, onlar İslamın düşmənləridir".
Ayətullah Sisatani ismarıcın sonunda İngiltərə müsəlmanlarına tövsiyə edib ki, din, əqidə və Hüseyni (ə) şüarlara sığınsınlar və İslam maarifini övladlarına kamil öyrətmək üçün onlara Quran və İslamın dili olan Ərəb dilini öyrətsinlər.
1140959