IQNA

Fələstin İslami Müqavimətinin qələbəsi təbii və proqnozlaşdırılmış idi

0:44 - November 23, 2012
Xəbər sayı: 2453090
Beynəlxalq qrup: Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının Baş Katibi, Fələstin İslami Müqavimətinin işğalçı sionist rejimi üzərində qələbəsini təbii və proqnozlaşdırılmış hesab edir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Livanın "Əl-Mənar" televiziya kanalına istinadən verdiyi xəbərə görə Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının Baş Katibi, keçən gün (22 noyabr) Beyrutun Zahiyə bölgəsinin "Al-Ruwais" məntəqəsində İmam Hüseyn (ə) əzadarlığı münasibəti ilə etdiyi çıxışında Qəzzə hadisələrinə və İslami Müqavimət dəstəsi ilə işğalçı sionistlər arasında elan olunmuş atəşbəsə işarə edərək dedi: "Fələstin İslami Müqavimət dəstəsinin işğalçı sionist rejimi üzərində qələbəsini təbii və proqnozlaşdırılmış idi. Bu işğalçı hücum və Müqavimətin ona cavabı bizim üçün böyük təcrübə oldu".
O əlavə etdi: "Bu böyük təcrübədə Amerika, Qərb və Ərəb dövlətlərinin mövqeyi və düşmənlə Müqavimətin toqquşması araşdırılmalı, ondan Fələstin, Livan və Ərəb və İslam ölkələrinin qüdrət və iqtidar ünsürlərinin gücləndirilməsi üçün nümunə götürməli və dərs alınmalıdır".

1142513
captcha