IQNA

Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xamənei Məhərrəm əzadarlığının sonunda dua etdi

22:02 - November 27, 2012
Xəbər sayı: 2454751
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xamənei Məhərrəm əzadarlığının sonunda etdiyi duada dedi: "İlahi sən Quranda bəzi insanları xatırladıb və buyurubsan ki, ان الله يدافع عن الذين آمنوا- Həqiqətən Allah iman gətirənləri müdafiə edir" – (Həcc/38). İlahi! Bizi də onlardan qərar ver!
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Xaməneinin əsərlərinin qorunması və yayılması dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İmam Xumeyni Hüseyniyyəsində 5 gün müddətində keçirilən İmam Hüseyn (ə) əzadarlığı mərasiminin sonunda İslam ümmətini və İran xalqını dua edib ki, bu duadan bəzi hissələri sizə təqdim edirik:
Pərvərdigara! Səni and verirəm İmam Hüseynin (ə), Həzrət Zeynəbin və onların köməklərinin haqqına ki, bizi onların həqiqi davamçılarından qərar ver.
Pərvərdigara! Sən Quranda bəzi insanları xatırladıb və buyurubsan ki, "Allah onları və onlar da Allahı sevirlər" – (Maidə/54) İlahi bizi də onlardan qərar ver! (1)
Pərvərdigara! Sən Quranda bəzi insanları xatırladıb və buyurubsan ki, Həqiqətən Allah iman gətirənləri müdafiə edir" – (Həcc/38) İlahi bizi də onlardan qərar ver! (2)
Pərvərdigara! Bizə əməl etmək tövfiqi ver!
Pərvərdigara! İmam Zamanın (ə.c) qəlbini bizdən razı və şad et!
Pərvərdigara! Bizdən razı ol! Övliyalarını bizdən və əməllərimizdən razı et!

(1).

يا أَیُّهَا الَّذينَ آمَنُوا مَنْ یَرْتَدَّ مِنْكُمْ عَنْ دينِهِ فَسَوْفَ یَأْتِی اللَّهُ بِقَوْمٍ یُحِبُّهُمْ وَ یُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنينَ أَعِزَّةٍ عَلَى الْكافِرينَ یُجاهِدُونَ فی‏ سَبيلِ اللَّهِ وَ لا یَخافُونَ لَوْمَةَ لائِمٍ ذلِكَ فَضْلُ اللَّهِ یُؤْتيهِ مَنْ یَشاءُ وَ اللَّهُ واسِعٌ عَليمٌ
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!
(2).
- إِنَّ اللَّهَ یُدافِعُ عَنِ الَّذينَ آمَنُوا إِنَّ اللَّهَ لا یُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!

1144115
captcha