İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə "Elektronik Sağlamlıq" adı altında keçirilən ilk beynəlxalq konfrans sabah 29 noyabr tarixində beynəlxalq tibbi təşkilatların, alimlərin və Dünya Sağlamlıq Təşkilatının iştirakı ilə Tehranın Olempik hotelində öz işinə başlayacaqdır.
Konfransın keçirilməsi tibbi əxlaq və elektronik sağlamlıq mövzusunda müzakirə aparmaq, son beynəlxalq tədqiqatların nəticələri ilə tanış olmaq, daxili və xarici tədqiqatçılar arasında elmi nəticələrin təbadülü və İranın daxili tədqiqatlarını beynəlxalq səviyyədə tanıtdırmaq məqsədi güdür.
Konfransda Tibbi əxlaq, elektronik sağlamlığda iş və qazanc modelləri, elektronik sağlamlığın niyazları, elektronik sağlamlıq xidmətləri, elektronik sağlamlıq şəbəkələri, elektronik sağlamlığın standartı və qanunları, elektronik sağlamlıq cihazları və s... mövzular müzakirə ediləcəkdir.
Bu konfransın təşkilat idarəsinə 240 daxili və xarici məqalə göndərilimişdir ki, qəbul edilmiş məqalələr İngilis dilində "International Journal of Healthcare Information Systems and Informatics" və "International Journal of Hospital Research" jurnallarında çap ediləcəkdir. Həmçinin bu məqalələrin məcmuəsi SİD.İR saytında yayılacaqdır.
Konrfransın ən yaxşı məqaləsinin sahibi 6 ay müddətində "Info-Sci Journal" saytından pulsuz istifadə edə biləcəkdir.
Konfransda Kanadanın McMaster universitetindən Professor T. Joseph, Avstraliyanın Wollongong universitetindən Professor K. Aditya və Kanadanın McMaster universitetindən Professor Əlirza Müntəzəmi çıxış edəcəklər.
1144750