IQNA

8:43 - December 19, 2012
Xəbər sayı: 2466502
Beynəlxalq qrup: Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabr 2012-ci ildə keçiriləcək “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda İİR-ın nümayəndələri də iştirak edəcəklər.
İQNA-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı şöbəsinin verdiyi xəbərə görə İİR-ın nümayəndələri “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak edəcəklər. İran heyətinə Məhəmmədbaqir Xürrəmşahi - İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi başçılıq edəcəkdir.
Verilən məlumata görə, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək Forumda konfransda müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqaz-şünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəl¬xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.
Konfransda İslami Yoldaşlıq Təşkilatının (ISESCO) Baş Katibinin ismarıcı qiraət ediləcək və İran heyətinə başçılıq edən Məhəmmədbaqir Xürrəmşahi - İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi də çıxış edəcəkdir.

1156244
Ad:
E-poçt:
* Comment:
* captcha: