IQNA

Düşmənin konkret və nəzərəçarpacaq hədəfi xalqın seçkilərdə izdihamlı iştirakına mane olmaqdır

23:15 - January 08, 2013
Xəbər sayı: 2477592
Siyasi qrup: İran İslam İnqilabın Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamənei cənabları düşmənin konkret və nəzərəçarpacaq hədəfinin xalqın seçkilərdə izdihamlı iştirakına mane olması olduğunu vurğulayaraq dedi: Hamı və seçkilər haqqında ürəkyanalıq edib ümumi tövsiyələr edənlər belə diqqətli olmalıdır ki, düşmənin bu hədəfinə qulluq etməsinlər!
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Liderin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam İnqilabın Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamənei cənabları yanvar ayının 8-də (19 dey 1391) Qumluların 19 dey qiyamı ilə bağlı Qumluların arasında edtiyi çıxışında 19 Dey Qiyamını Allahın qələbə vədəsini cilvəsi adlanırdı və qarşıdan gələn seçkilərlə baqğlı nəzər bildirərək düşmənin konkret və nəzərəçarpacaq hədəfinin xalqın seçkilərdə izdihamlı iştirakına mane olması olduğunu vurğulayaraq dedi: Analizlər göstərir ki, düşmən 5 ay sonrakı seçkilər haqqında planlar hazırlayır.
Onlar ilk öncə çalışacaqlar ki, bu seçkilər baş tutmasın. Bundan məyus olduqları üçün xalqın seçkilərdə izdihamlı iştirakının qarşısını almağa çalışacaqlar.
Hamı və seçkilər haqqında ürəkyanalıq edib ümumi tövsiyələr edənlər belə diqqətli olmalıdır ki, düşmənin bu hədəfinə qulluq etməsinlər!
Əgər əziz İran xalqı öz İlahi yollarında sabitqədəm olsalar Həzrət Mehdinin zühur zəminəsi yaranar və İran cavanları özlərinin bütün "Milli, İslami və Dünyəvi" arzularına çatacaqlar.
Bu gün hegomon düşmənlər belə etiraf edir ki, İrana qarşı qoyulan təhrim və sanksiyalar İran millətini getiyi yolda yormayacaqdır.
Düşmənlərin siyasi hədəflərinin əksinə olaraq bu millət hər gün daha çox İslam və İnqilaba bağlanırlar.
Biz "kütləvi təqva və ümumi diqqət" ilə düşmənin sıralarımıza nüfuz etməsinin qarşısını almalıyıq. Düşmənin layihə və hədəflərini diqqətlə izləməliyik.
Bilin ki, İnqilabın 30 illik ömründə bütün seçkilər azad keçirilmişdir. Düşmənlərin şayiələri sizi aldatmasın. Məgər hansı ölkədə İran kimi azad seçkilər keçirilmişdir? Məbada qəflət edəsiz və düşmən dəyirmanına su tökəsiz!
Seçkilərdə namizəd olmaq istəyənlər İslam İnqilabına və İİR-in əsas qanununa sadiq olmalıdır!

1168349
captcha