IQNA

7:37 - January 12, 2013
Xəbər sayı: 2478786
Beynəlxalq qrup: Əhməd Təyyib – Əl-Əzhərin Şeyxi, Əl-Əzhər İslam Mərkəzinin Qahirdəki ofisində İİR-ın XİN-i ilə keçirdiyi görüşündə Əhli-beytin (ə) sünnilər arasındakı sevgisinə işarə edərək deyib: Şiələr və Əhli-sünnət arasında ayrılıq və ixtilaf salmaq düşmənlərin hiyləsidir və biz bu cür cərəyanların öz hədəflərinə çatmasına icazə verməməliyik.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Mənar saytına istinadən verdiyi xəbərə görə Əhməd Təyyib – Əl-Əzhərin Şeyxi, 2013-cü ilin yanvar ayının 10-da Əl-Əzhər İslam Mərkəzinin Qahirdəki ofisində İran İslam Respublikasının Xarici İşlər Naziri Əliəkbər Salehi ilə keçirdiyi görüşündə Əhli-beytin (ə) sünnilər arasındakı sevgisinə işarə edərək deyib:
Şiələr və Əhli-sünnət arasında ayrılıq və ixtilaf salmaq düşmənlərin hiyləsidir və biz bu cür cərəyanların öz hədəflərinə çatmasına icazə verməməliyik.
Müsəlmanlar arasında müştərək meyarlara təkid olunmalı və bütün ixtilaf və tərfriqəçilikdən uzaq durulmalıdır.
Əl-Əzhərin ən mühüm hədəfi müsəlmanlar arasında vəhdət və birlik və məzhəblər arasında yaxınlıq yaratmaqdır.
Düşmənlər son illərdə müsəlmanlar arasında ayrılıq və ixtilaf və fitnə alovunu gücləndirmək üçün çox işlər görüblər.
İran İslam Respublikasının Xarici İşlər Naziri Əliəkbər Salehi də öz növbəsində İran alimlərin səmimi salamlarını Əhməd Təyyibə çatdırdı və Misir xalqının İnqilab qələbəsini təbrik etdi. Həmçinin İranın öz təcrübələrini Misir dövlətinin ixtiyarında qoymağa hazır olduğunu dedi.
Salehi də sünni-şiə davasının düşmənlər tərəfindən hazırlanmış bir hiylə olduğunu vurğuladı. O, Əhməd Təyyibi İrana dəvət etdi ki, şiə və sünnilərin bu ölkədə dost və mehriban yaşadığının şahidi olsun.
1169821
Ad:
E-poçt:
* Comment:
* captcha: