IQNA

Sudan Respublikasında Beynəlxalq Quran yarışlarının yekun mərasimini keçirildi

23:30 - January 14, 2013
Xəbər sayı: 2480243
Beynəlxalq qrup: Sudanın Beynəlxalq Quran yarışlarının 14-cü turunun (Xartum Mükafatı) yekun mərasimi Sudan Respublikasının prezidenti Ömər Əlbəşirin iştirkaı ilə 2013-cü ilin yanvar ayının 13-də keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Əlaqə və Mədəniyyət Təşkilatı şöbəsinin verdiyi xəbərə görə Sudanın Beynəlxalq Quran yarışlarının 14-cü turunun (Xartum Mükafatı) yekun mərasimi yerli vaxtla 19:00-dan 21:00-dək keçirildi və mərasimdə Sudan Respublikasının prezidenti Ömər Əlbəşir, Sudan Vəfq və İrşad Naziri və bir sıra xarici diplomatlar, o cümlədən İran İslam Respublikasının Sudandakı Mədəni Əlaqələr işçisi Höccətul-İslam vəl-Müslimin Seyid Hamid Mələkutitəbar da iştirak edirdilər.
Quran yarışlarının altı qalibi öz hədiyyələrini elə oradaca Ömər Əlbəşirin əlindən aldılar.
Bu yarışlarda İran İslam Respublikasının nümayəndəsi Həsən Zərnuşə Fərahani beşinci yeri qazana bilib.

1171062
captcha