IQNA

İnsan Haqlarını Müdafiə Təşkilatının Avropa Məhkəməsi Dini Atributların qorunması və saxlanılmasına rəsmi icazə verdi

18:59 - January 16, 2013
Xəbər sayı: 2481573
Beynəlxalq qrup: İQNA-nın (İran Quran Xəbər Agentliyi) "AJİB" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İnsan Haqlarını Müdafiə Təşkilatının Avropa Məhkəməsi bəyaniyyə yayaraq elan etdi: Avropa ölkələrində iş yerlərində dini etiqadların qorunması, hər kəsin öz məzhəbinə uyğun əməl etməsi və məzhəbi atribut, simvol və rəmzlərin daşınması və saxlanılması başqalarının azadlığına zərər vurmama şərti ilə azaddır.
Bu qanunun qərara alınmasına səbəb İngiltərə Hava Yolları Şirkətlərinin birində bir Məsihi işçinin "Səlib" (xaç) daşıdığı üçün işdən çıxarılması olmuşdur.
İnsan Haqlarını Müdafiə Təşkilatının Avropa Məhkəməsi bu addımı məhkum edərək elan etdi: Dini və məzhəbi rəmzlərin insanlar tərəfindən saxlanılması və daşınması heç cür başqalarının azadlığına maneə sayıla bilməz.
Deyvid Kameron – İngiltərənin Baş Naziri, İnsan Haqlarını Müdafiə Təşkilatının Avropa Məhkəməsinın bu qərarını bəyənərək demiş: İngiltərə vətəndaşlarının məzhəbi etiqadlarına görə ayrı-seçkiliyə məruz qalması doğru bir hal deyildir!

1172810
captcha