IQNA

Sığınacaq axtaran miyanmarlı müsəlmanlar Miyanmar dövlətinə təhvil verildilər

19:34 - January 16, 2013
Xəbər sayı: 2481578
İctimai qrup: Hindistan, Banqladeş və Əfqanıstan dövlət rəsmiləri canlarını buddist cəlladlardan qurtarmaq və adı keçən bu ölkələrə sığınacaq axtarmaq üçün gəlmiş miyanmarlı qaçqınları Miyanmar dövlətinə təhvil veriblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Şərqi Asiya üzrə şöbəsinin verdiyi xəbərə görə canlarını miyanmarlı buddist cəlladlardan qurtarmaq üçün sığınacaq axtaran və qaçqın düşmüş miyanmarlı müsəlmanların yuxarıda adı keçən ölkələrdə xalq tərəfindən məhəbbətlə qarşılanmasına baxmayaraq bu dövlətlərin rəsmiləri müsəlman qaçqınlara yer verməkdən imtina etmiş və miyanmarlı müsəlman didərginləri yanvar ayının 15-də Miyanmar dövlətinə təhvil vermişlər.
Gəmi ilə bu ölkələrə qaçıb sığınacaq axtaran miyanmarlı müsəlmanlar bu dövlətlərin nalayiq və qeyri-insani rəftarları ilə qarşılanmış və sonda buddist Miyanmar qəssablarına təhvil verilmişlər. Bundan sonra isə buddis Miyanmar qəssabları təhvil verilən müsəlmanların 86 nəfərini həbs etmişdir.

1172693
captcha