İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslam İnqilabının Böyük Rəhbərinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Böyük Rəhbəri, Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamənei çərşənbə günü (17 yanvar 2013) İran silahlı qüvvələrinin informasiyanın mühafizəsi rəsmiləri və işçiləri ilə görüşündə İlahi vədənin sabirlər, mütəvəkkillər və dinə kömək edənlərin haqqına qəti olacaqğına işarə edərək beynəlxalq müstəmləkəçiliyin bütün təzyiq və düşmənçiliklərinə baxmayaraq, İslam İnqilabı və İran xalqının inkişafının davam etməsini ilahi vədin reallaşmasının nişanəsi adlandırıblar.
Görüşdə Böyük Rəhbər bildiriblər: İlahi vədin reallaşmasının meyarı İslam Respublikası quruluşudur ki, düşmənin bütün təzyiqlərinə baxmayaraq, 34 il keçdikdən sonra hazırda regional və beynəlxalq məsələlərdə bir hörmətli, iqtidarlı, təsiredicidir.
Səbir və təvəkkül edənlərin və Allah dininin köməkçilərinə kömək etməkdə ilahi vədin qəti olmasına toxunan Böyük Rəhbər əlavə ediblər: İmperialist cəbhə bütün var-gücündən istifadə edir ki, təzyiq və sanksiyalarla İran xalqını təslimə məcbur etdin. Lakin bu xalq çətinliklərə dözür. Çünki düşmənin strateji xəritəsi, taktikası və məqsədini anlayıb və düzgün müəyyənləşdirmə və dərkə əsasən əməl edir.
Həzrət Ayətullahülüzma Xamenei düşmənin tanınması və zamanın tanınmasını ecazkar məsələlərdən biri adlandıraraq əlavə ediblər: Düşmənin 1388-ci il (2009) hadisələrində İslam Respublikasına qarşı on illik planın nəticə verdiyini düşündüyü bir halda, İran xalqı iqtidarla səhnədə iştirak etdi və beynəlxalq etirazçı və müxaliflərin ağzından vurdu.
“İran xalqı bir daha 22 bəhməndə öz iqtidadı, əzmkarlığı və idrakını dünyanın gözü önündə nümayiş etdirəcək” –deyə Böyük Rəhbər xatırladıblar.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin silahlı qüvvələrin təhlükəsizlik istiqamətində informasiyaların qorunması və onun ağır məsuliyyətini fəxrli, şərəfəli adlandırıb və bildiriblər: İslamın baxışınca, silahlı qüvvələr mexanizm sistemi və iradəsiz bir maşın kimi deyildir. Əksinə insan qüvvəsi ilə və bir toplu olaraq ağıl, məntiq, əzmkarlıq, iradə, qərar, iman və duyğulara malikdir.
1172963