İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İslami Ölkələrin Silahlı Qüvvələrinin Quran Müsabiqəsi İran İslam Respublikasının Silahlı Qüvvələrinin Komandir və Zabit heyətinin və İslami Ölkələrin Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə bu gün 2013-cü ilin yanvar ayının 21-də Sədabadın Hafiziyyə toplantı zalında keçirildi.
Mərasim İmam Hüseyn (ə) adına hərbi təlim və tərbiyə ocağının tələbələrinin Quran qiraəti və İİR-in Milli Himninin oxunuşu ilə başladı.
Sərdar Məhəmməd Əli Asudi - İslami Ölkələrin Silahlı Qüvvələrinin Quran Müsabiqəsi idarəsinin katibi, çıxışında bildirdiki bu yarışlarda iştirak etmək üçün İİR-in İslam İnqilabı Keşikçilərinin Korpusu tərəfindən (Sepah Pasdarane İnqilabe İslami – SEPAH) 48 ölkənin ali rütbəli hərbi rəsmilərinə dəvətnamə göndərilib.
Bu ölkələrdən 16-sı ana yasanın qadağasına əsasən, 6 ölkə daxili çəkişmə və müharibəyə görə iştirak etməyib və 10 ölkə isə dəvətnaməyə cavab göndərməyib.
Dəvət olunmuş 48 ölkədən 15-i dəvətnaməyə müsbət cavab göndərmişdir ki, İranla bir yerdə 16 ölkə müsabiqədə iştirak edəcək.
Bu ölkələrdən 65 nəfər qari və hafiz müsabiqədə iştirak edəcək.
Yarışda İran, Misr, İraq və İndenoziyadan hakimlər iştirak edəcək.
Müsabiqənin yekun mərasimi yanvar ayının 24-də İran Tele-Radio Şirkətlər birliyinin toplantı zalında keçiriləcəkdir.
Müsabiqələrə bu gün saat 15:00-da start verildi ki, yarışlar Quranın kamil hifzi, 15 cüz hifzi, 5 cüz hifzi və qiraət üzrə keçirilir.
1175308