IQNA

İran İslam Respublikasının Nigeriyada qeyri-qanuni fəaliyyətlər göstərməsi uydurulmuş töhmətdir

7:55 - February 24, 2013
Xəbər sayı: 2501344
Siaysi qrup: İran Xarici İşlər Nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Qərb və Nigeriya KİV-lərinin İran İslam Respublikasının Nigeriyada qeyri-qanuni fəaliyyətlər göstərməsi barədə yaydığı xəbərlərin yalan və töhmət olduğunu deyərək bu xəbərlərin düşmən təhlükəsizlik qüvvələrinə xidmət edən KİV-lər tərəfindən təxribat məqsədi ilə hazırlandığını bidirdi.
İQNA-nın İran Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsinə istinadən veriyi xəbərə görə Hüseyn Abdullahiyan - İran Xarici İşlər Nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Qərb və Nigeriya KİV-lərinin İran İslam Respublikasının Nigeriyada qeyri-qanuni fəaliyyətlər göstərməsi barədə yaydığı xəbərlərin yalan və töhmət olduğunu deyərək bu xəbərlərin düşmən təhlükəsizlik qüvvələrinə xidmət edən KİV-lər tərəfindən təxribat məqsədi ilə hazırlandığını bidirdi.
O dedi: "İran İslam Respublikası Nigeriya Cümhuriyyəti ilə dost və yaxın əlaqələrə malikdir və iki ölkə düşmənlərinin son illərdə geniş və sürətli çalışmalarına baxmayaraq bizim yoldaşlıq əlaqələrimiz daim genişlənməkdədir".
Nigeriya və İran xalqlarının yaxın dostluğu və bir-biri ilə yaxşı anlaşması iki millətin düşmənlərini və iki ölkənin dolstluqundan zərər çəkənləri narahat etdiyi üçün düşmənlər bu iki ölkə arasında ixtilaf və qarışıqlıq salmaq istəyirlər - Abdullahiyan dedi.
O, iki ölkə rəsmilərinin vaxtında və sürətli reaksiyası nəticəsində bu cür töhmətlərin yayılmasının qarşısının alınacağına və düşmənlərin nakam qalacağına ümidvar olduğunu bildirdi.

1193420
captcha