IQNA

Sionist polisi Məscidul-Əqsada Qurani-Kərimə hörmətsizlik edib

9:47 - March 04, 2013
Xəbər sayı: 2505636
Beynəlxalq qrup: Bir sionist zabiti dünən (3 mart) Əqsa məscidinə soxularaq Quran oxuyan qadınlara hücum edib və ayağı ilə Quranı yerə atıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əş-Şərq" saytına istinadən verdiyi xəbərə görə bir sionist polisi dünən (3 mart) Əqsa məscidinə soxulub və Quran oxuyan qadınlara hücum edərək Qurani-Kərimi ayağı ilə yerə atıb.
Xəbərə görə o polis Qüdsün əl-Məğaribə qapısından Əqsa məscidinə soxulub.
Məsciddə Quran oxuyan qadınlardan biri deyib: "Biz hər gün məsciddə Quran öyrənirik və bu gün bir sionist zabiti bizə hücum edərək ayağı ilə Quranı yerə atdı".
Qeyd edək ki, İsrail hərbiçiləri yəhudilərə əl-Məğaribə qapısından Əqsa məscidinə girməyə icazə verirlər və "Miras əl-Əqsa" insititutunun xəbərdarlıqlarına heç də məhəl qoymurlar.

1198214
captcha