IQNA

Məsul orqanlar və aidiyyəti üzrə strukturlar çalışmalıdırlar ki, bu ilin novruz səfərlərində bədbəxt hadisələr minimum azalsın

23:48 - March 16, 2013
Xəbər sayı: 2512012
Siyasi qrup: İran İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei bu gün (16 mart 2013) Novruz Xidmətləri və Səfərlərin Kontrolu Təşkilatının işçiləri ilə görüşündə bu işdə birbaşa əməyi olan bütün qrumlardan səmimi təşəkkür edərək dedi: "Bütün məsul orqanlar və aidiyyəti üzrə strukturlar çalışmalıdırlar ki, bu ilin novruz səfərlərində bədbəxt hadisələr minimum azalsın".

İQNA-nın (Beynəlxalq İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə İran İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei bu gün günorta vaxtı (16 mart 2013) Novruz Xidmətləri və Səfərlərin Kontrolu Təşkilatının işçiləri ilə görüşündə bu işdə bir başa əməyi olan bütün qrumlardan səmimi təşəkkür edərək dedi: "Bütün məsul orqanlar və aidiyyəti üzrə strukturlar çalışmalıdırlar ki, bu ilin novruz səfələrində bədbəxt hadisələr minimum azalsın".
Cənab Xamenei Novruz bayramı ərəfəsində göstərilən xidmətlərin dəyər və qiymətini adi günlərdə göstərilən xidmətlərdən daha üstün və əfzəl sayaraq buyurdu: Bütüb zəhmətləriniz Allah dəftərində yazılıb (qorunur) və hesab olunacaqdır.
İslam İnqilabının Böyük Rəhbəri xatırlardı: "Şükr edən və Alim olan Allah mütləq bu yolda (novruz səfərlərində insanlara xidmət) göstərilən bütün xidmətlərin və çəkilən zəhmətlərin –ki, hamısı gözəl iş və saleh əməl sayılır – savabını verərək (bu yolda zəhmət çəkən insanlardan) təşəkkür edəcək".
İran İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei Novruz Xidmətləri işçilərinin ailələrinə də öz təşəkkürünü bildirdi ki, onlar da bu yolda ailə başçısının evdə olmamasına və onlardan uzada olmasına səbr edirlər (və onların xidmətdə yaxşı çalışmalarına zəmin yaradırlar).
İran İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei novruz səfərləri ərəfəsində baş verən nəqiliyyat hadisələri hallarından nigəran olduğunu deyərək əlavə etdi: Məsul orqanlar və aidiyyəti üzrə strukturlar çalışmalıdırlar ki, bu ilin novruz səfərlərində bədbəxt hadisələr minimum azalsın.
Ali Dini Lider xalqdan istədi ki, öncəkindən daha çox qanunlarına riayət etməklə bədbəxt hadisələrin qarşısını alsınlar.
Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei dedi: "Ümid edirəm ki, Novruz bayramı günlərində bütün İran xalqı şad və xürrəm olsunlar və günləri şirin keçsin".

1205022
captcha