IQNA

Prezidentlik məsuliyyəti İlahi bir əmanətdir və layiqli şəxsin öhdəsinə qoyulmadır

20:00 - April 13, 2013
Xəbər sayı: 2518684
Siyasi qrup: Tehranın müvəqqəti Cümə Namazı İmamı "Ənfal" surəsinin 27-ci ayəsinə işarə edərək prezidentlik məsuliyyətini İlahi əmanət adlandıaraq dedi: Bizim tək-təkimizin rəyi ilə bir nəfər prezidentlik məsuliyyətini ələ alır, bunun üçün də biz onun sabahkı səhv və xətalarında şərikik".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani – "Xobrəqan" məclisinin üzvi və Tehranın müvəqqəti Cümə Namazı İmamı, dünən (13 aprel) Cümə Namazının xütbəsində İran xalqının qarşıdan gələn prezident seçkilərinin əzəmətli formada keçirəcəyini və bir daha dünyanı heyrətdə qoyacağını bildirib.

Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani Tehranın cümə namazı xütbələrində deyib: İran xalqı 2013-cü ilin iyununda keçiriləcək prezident seçkilərində öz əzəmətli iştirakı ilə bir daha İslam Respublikası Quruluşuna sədaqətini nümayiş etdirəcək və düşmənləri məyusluğa uğradacaq.
Ayətullah Müvəhhidi Kermani Buşehr Ostanında baş vermiş zəlzələyə görə də təəssüfləndiyini bildirib, zəlzələdən zərər çəkənlərə və onların yaxınlarına baş sağlığı verib.
Tehranın cümə namazı xətibi daha sonra ölkə rəsmiləri və İran xalqından istəyib ki, zəlzələdən zərərçəkənlərə yardımların çatdırılmasında aktivlik nümayiş etdirsinlər.
Ayətullah Müvəhhidi Kermani cümə namazı xütbələrinin davamında iranlı gənclərin nailiyyətlərinə işarə edərək, deyib: Düşmənlərin təzyiqləri və sanksiyaları nəinki İran xalqının inkişafına mane olmayıb, əksinə inkişaf prosesini daha da sürətləndirib.
Tehranın cümə namazı xətibi həmçinin, Ərəbistanda vəhhabilərin zəvvarlar arasında yayındırıcı dini ədəbiyyat paylamaq kimi fitnəkarlığına işarə edərək, zəvvarlara bu kimi fitnələr qarşısında ayıq olmağı tövsiyə edib.
1211632
captcha