IQNA

İslami rəqabət, insaflı tənqid və həqiqətə uyğun şüar, bəyənilmiş seçki təbliğatının əsaslarıdır

21:58 - April 19, 2013
Xəbər sayı: 2520929
Siyasi qrup: Ayətullah Seyid Əhməd Xatəmi – Tehranın Cümə Namazı Xətibi, bu gün Tehranın Cümə namazının ikinci xütbəsində seçkilərlə bağlı çıxışında bildirdi ki, İslami bir sistemdə bəyənilmiş seçki təbliğatında İslami rəqabət, insaflı tənqid və həqiqətə uyğun şüar əsas hədəf olmalıdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ayətullah Seyid Əhməd Xatəmi – Tehranın Cümə Namazı Xətibi və "Xübregan" – (Ali Dini Rəhbər Təyini) məclisinin rəyasət heyətinin üzvi, bu gün Tehranın Cümə namazının ikinci xütbəsində İlahi təqvanı bütün problemlərin həlli yolu adlandıraraq seçkilərlə bağlı çıxışında bildirdi ki, İslami bir sistemdə bəyənilmiş seçki təbliğatında İslami rəqabət, insaflı tənqid və həqiqətə uyğun şüar əsas hədəf olmalıdır.
İmam cümə Bostonda olan partlayışla bağlı çıxış edərək deyib:“Bu partlayış günün məsələsi olmağına baxmayaraq bunun həqiqi mənasının aşkara çıxması üçün vaxt lazımdır. Biz bu tribunadan sizin adınızdan 2 nöqtəni vurğulamaq istəyirik. İran İslam Respublikası partlayış və günahsız insanların ölümünü məhkum edir. İstər ABŞ-da olsun, istər müsəlman ölkələrində biz hər bir halda terroru pisləyirik.
Biz hal hazırda ziddiyyət və yalan müşahidə edirik. ABŞ-da ölənlərin dərdinə şərikik deyənlər bugün Suriya müxalifətinə silah göndərərək günahsız insanların ölməsinə səbəb olurlar. Onlar hətta 3 yaşlı uşaqlara da rəhm etmirlər. Bu nə deməkdir? Görünür ki, Avropa və Qərb insan haqları adından yalnız istifadə edirlər. Burdan Avropa və ABŞ-a səslənirik. İndi gördünüz ki, insanların ölümü və təhlükə nə qədər çətin və ağırdır. Öz vicdanınızla rabitə yaradıb ona cavab verin və Suriyaya silah göndərməyi saxlayın”.

Ayətullah Xatəmi İrandakı ordu günü haqqında isə çıxışı zamanları bunları deyib: “Bu gün dünyada əqidəsinə əsaslanaraq mövcud olan tək ordu bizim ordudur. Bəzi ordular hansısa diktatora, bəzi ordular isə diktatorun ailəsinə qulluq edirlər. Lakin yeganə bizim ordudur ki, şəxsləri deyil, Muhəmmədin (s) gətirdiyi İslamı müdafiə və himayə edirlər”.
1214703
captcha