IQNA

İran İslam Respublikasının Quran hafizləri İordaniyanın Beynəlxalq Quran yarışlarında iştirak edəcək

23:21 - April 21, 2013
Xəbər sayı: 2522118
Quran üzrə fəaliyyətlər qrupu: İran İslam Respublikasının Quran hafizləri Həkimə Nəsiri və Məhəmməd Xakpur İordaniyanın Beynəlxalq Quran yarışlarına qatılaraq Quranın 20 cüz hifzi üzrə rəqabətlərdə iştirak edəcəklər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Vəqf və Xeyriyyə İşlər Təşkilatı İordaniyanın Beynəlxalq Quran yarışları ərəfəsində İran İslam Respublikasından da iki nəfər hafizin bu yarışlara ezam olunmasını proqramlaşdırıb. Hafizlərin bu yarışlara ezam olunması Rəcəb və Ramazan aylarında baş tutacaq.
Bu xəbərə görə İordaniyanın 8-ci Quran yarışlarının qadın iştirakçıları Rəcəb ayının 1-dən 6-dək rəqabət aparacaqlar. Bu yarışlarda İranı 20cüz Quran hifzi üzrə Həkimə Nəsiri təmsil edəcək.
İordaniyanın 20-ci Quran yarışlarının kişi iştirakçıları Ramazan ayının 20-dən 26-dək keçiriləcəkdir. Bu yarışlarda İranı 20cüz Quran hifzi üzrə Məhəmməd Xakpur təmsil edəcək.
1215714
captcha