İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam Təbliğatı Təşkilatının Koordinasiya Şurasının Ümumi Əlaqələr və Mətbuat şöbəsinə istinadən verdiyi xəbərə görə İslam Təbliğatı Təşkilatının Koordinasiya Şurasının baş ofisi İslam Peyğəmbərinin (s) hörmətli səhabəsi cənab Hücr bin Ədinin (r.ə) qəbrinə olunan hörmətsizlikdən və Cəfər Təyyar bin Əbi Talibin (İmam Əlinin -ə- qardaşı) məqbərəsinin sələfi və vəhabilər tərəfindən yandırılması və sionistlərin Suriyaya qanunsuz hava hücumundan sonra ümumi dəvət yayaraq bu cür xoşagəlməz hadisələri məhkum etmək üçün İran xalqını bu həftənin Cümə namazından sonra mitinq keçirməyə dəvət edib.
İslam Təbliğatı Təşkilatının Koordinasiya Şurası bu dəvətdə İran xalqından və bütün İslami ölkələrdə yaşayan müsəlman xalqlardan istəyib ki, İslami himayə etmək və öz qəzəblərini İslam düşmənlərinə bildirmək üçün bu həftənin Cümə namazından sonra küçələrə çıxaraq cinayətlkarlara və onları himayə edənlərə öz etirzlarını bildirsinlər.
Bu həfətnin Cümə namazından sonra İranın 770 Cümə məscidində Tövhid nidaları "La İlahə İlləllah – Muhəməd Rəsulullah" səsələndiriləcək.
1224051