IQNA

16:49 - May 16, 2013
Xəbər sayı: 2534402
İctimai qrup: Şiələrin Böyük Təqlid Mərcələrindən olan Ayətullah Üzma Seyid Məhəmməd İzzəddin Hüseyni Zəncaninin mübarək cənazəsi bu gün (16 may) Müqəddəs Məşhəd şəhərində yeddinci imam Həzrət İmam Rzanın (ə) pak hərəmində dəfn edildi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Rəzəvi Xorasanı üzrə şöbəsinin verdiyi xəbərə görə şiələrin böyük təqlid mərcələrindən olan Rəbbani alim Ayətullah Üzma Seyid Məhəmməd İzzəddin Hüseyni Zəncaninin mübarək cənazəsi bu gün sübh (16 may) Ayətullah Seyid Əhməd Ələmülhüda – Məşhədin Cümə İmamı, Ayətullah Əli Xatəmi – Zəncanın Cümə İmamı, Ayətullah Seyid Musa Şübeyri Zəncani – Təqlid mərcəsi, Ayətullah Abbas Vaiz Təbəsi – Məşhəd Ziyarətgahının rəisi və Seyid Məhəmməd Hüseyninin – İranın Mədəniyyət və İrşad Naziri, iştirakı ilə Müqəddəs Məşhəd şəhərində yeddinci imam Həzrət İmam Rzanın (ə) pak hərəmində dəfn edildi.
Ayətullahın müqəddəs cənazəsi minlərlə Əhli-Beyt (ə) aşiqlərinin iştirak və müşayiəti ilə Şühəda meydanında yerləşən Hövzi Loqman məscidindən Ayətullah Şirazi xiyabınından hərəkət edərək İmam Rzanın pak hərəminə gətirilib orda dəfn edildi.
Qeyd edək ki, İmam Rza (ə) hərəminin Azadlıq eyvanında cənazəyə Ayətullah Şübeyri Zəncani tərəfindən cənazə namazı qılındı.

1229141
Ad:
E-poçt:
* Comment:
* captcha: