IQNA

İranın Beynəlxalq Quran Müsabiqəsinin 30-cu turunun mətbuat iclası

İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqəsinin 30-cu turunda dünyanın 75 ölkəsi iştirak edəcəkdir

23:28 - May 27, 2013
Xəbər sayı: 2539766
Quran üzrə fəaliyyətlər qrupu: Bu gün 27 may İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqəsinin 30-cu turunun mətbuat iclasında Vəqflər və Xeyriyyə İşlər Təşkilatının rəisi dedi: İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqəsinin 30-cu turunda dünyanın 4 qitəsinin 75 ölkəsi iştirak edəcəkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Bu gün 27 may İran İslam Respublikasının Beynəlxalq Quran Müsabiqəsinin 30-cu turunun mətbuat iclası Vəqflər və Xeyriyyə İşlər Təşkilatının rəisi və Vəliyyi Fəqihin nümayəndəsi Höccətul-İslam vəl-müslimin Əli Məhəmmədinin, Vəqflər təşkilatının qadınların işi üzrə müşaviri Xanım Fərzanənin və bu təşkilatın Quran İşləri üzrə idarəsinin rəisi Vəli Yarəhmədinin iştirakı ilə keçirildi.
Əli Məhəmmədi: Müsəlmanların ən qiymətli rəmzi Qurandır. Qurana hörmətlə yanaşan Allaha ehtiram etmişdir. Qurana hörmətsizlik edən Allaha hörmətsizlik etmişdir – Hz. Məhəmməd Peyğəmbər (s).
Əli Məhəmmədi çıxışında Ali Dini Lider Həzrət Ayətullah Xameneinin Quran barəsində sözlərini xatırladılar: "Quranın insanları birinci tələbi onun ayələrində düşünməkdir. Quranın ayələri ilə ünsiyyətdə olmaq insanlara yaxşı və doğru yolu göstərir. Quranda fikirləşmək ona əməl etməyin müqəddiməsidir.
Müsəlmanların əsas problemlərindən biri də Quranda uzaq düşmələridir. İran bu gün Quranın bayraqdarıyıq və bunu öz əməlimiz ilə də sübut etməliyik.
Biz Quanın hifzinə də xüsusi diqqət yetirməliyik. Ölkədə 10 – 15 milyon nəfər Quran hafizi olmalıdır – Hz. Ayətullah Xamenei.
Əli Məhəmmədi: Bu il İran xalqı Siyasi və İqtisadi qəhrəmanlıqla birgə Mənəvi qəhrəmanlıqda yaradacaqdır. Yəni: Siyasət! Diyanət! Əxlaq! İslamda bunlar biri-birindən ayrı deyillər.
İnşaəllah bu il Quran yarışları Tehranda may ayının 31-də başlayacaq və iyun ayının 7-dək davam edəcəkdir. Yarışlar İslami Ölkələrin iclas salonunda keçiriləcəkdir.
Yarışda 27 ölkə Asiyadan 47 iştirakçı ilə, 27 ölkə Afrikadan 43 iştirakçı ilə, 16 ölkə Avropadan 18 iştirakçı ilə və 5 ölkə Amerika qitəsindən 5 iştirakçı ilə iştirak edəcəkdir.
İrandan Azərbaycan və Kerman əyalətlərindən ölkə yarışlarının 35-ci turunun qalibləri iştiral edəcəklər.
Quran yarışlarının haşiyəsində Quran üzrə aktiv xanımların təltif mərasimi və Quran tədqiqatları toplantısı keçiriləcəkdir.
1234647
captcha