IQNA

Quranın Hifzi və Qiraəti üzrə birinci yeri iranlılar qazandı

7:00 - June 09, 2013
Xəbər sayı: 2544151
Quran üzrə fəaliyyətlər qrupu: İİR-nın Beynəlxalq Quran Yarışlarının 30-cu turunda yetmiş ölkədən olan iştirakçılar arasında Quranın Hifzi və Qiraəti üzrə birinci yeri iranlılar qazandı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə may ayının 30-dan iyun ayının 7-dək keçirilən İİR-nın Beynəlxalq Quran Yarışlarının 30-cu turunda yetmiş ölkədən olan iştirakçılar arasında Quranın Hifzi və Qiraəti üzrə birinci yeri iranlılar qazandı.
Bu xəbərə görə Quranın peşəkar Qiraəti üzrə Vəhid Vəkili (İran) birinci yeri, Əbdürrəhman Əlkürdi (Suriya) ikinci yeri, Səid Bəratzadə (Alman) 3-cü yeri, Məhəmməd Əli Xosrəvi (Əfqanıstan) 4-cü yeri və Hisam Kərim (İraq) 50-ci yeri qazanmışlar.
Qeyd edək ki, Azərbaycandan peşəkar Qiraət üzrə yarışlara Ruslan Qasımov qatılmışdı.
Quranın Hifzi üzrə isə Haşim Sultannəjad (İran) birinci yeri və Səid İshaq Vakava Nigeriya, Adəm İshaq Vakava (Nigeriya), Hüseyn Ədnan Əbdürrəzzaq (İraq), Məhəmməd İrşad Abdullah (Malaziya) və Seyid Sadiq Ehsani (Əfqanıstan) sıra ilə ikinci yerdən beşincə yerədək rütbələri qazanmışlar.
Qaliblərə təşəkkür lövhəsi, Quran yadigar olaraq hədiyyə və rütbə sırası ilə 1-ci yerdən 5-ci yerdək qaliblərə 12 min dollar, 10 min dollar, 8 min dollar, 6 min dollar və 4 dollar dəyərində mükafatlar verilib.

1238887
captcha