IQNA

19:16 - June 21, 2013
Xəbər sayı: 2550091
Beynəlxalq qrup: Misir vəhabiləri ən son anti-şiə hərəkətlərində məşhur "La Fəta İlla Əli və La Seyfə İlla Zulfəqar" - «لا فتی الا علی و لا سيف الا ذوالفقار» - hədisini təhrif edərək onu "La Nəbiyyə İlla Əli" - « لا نبیّ الا علی » - cümləsinə çevirmiş və sep klonlarının üzərinə yazaraq satışa çıxardıblar. Onlar bununla şiələrin Əlini (ə) peyğəmbər bildiklərini uyduraraq misirlilər arasında yaymaq istəyiblər.
İQNAının (Beynəlxalq Quran Xəbər Agentliyi) "Burasa" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, son zamanlarda Misirdə şiəliyinin geniş yayılmasından narahat olan vəhhabilər çirkin böhtan kampaniyasına başlayıblar. Belə ki, onlar “Lə feta illa Əli” kəliməsini “Lə Nəbiyyə illa Əli” dəyişdirərək, peyğəmbərimizin məşhur “Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur” hədisinin əvəzinə “Əlidən başqa peyğəmbər yoxdur” yazılmış sep klonlarının satışına başlayıblar. Vəhhabilər bu addımlarıyla Misir xalqı arasında şiəlik barədə yalnış təsəvvür yaratmağı hədəfləyirlər.
"Səhabə Övladları Həmrəylik Koalisiyası" başçısı Nasir Rizvan Əl-Vətən qəzetinə verdiyi açıqlamasında bu çirkin addımın ilk olmadığını, əvvəllərdə üzərinə "Aişəni öldürün" yazılmış oyuncaq silahlarında bazarlarda satıldığını bildirib. Nasir Rizvan Misir hakimiyyətinin diqqətsizliyini əsas gətirərək məsuliyyətli olmalarını tələb edib.

1245865
Ad:
E-poçt:
* Comment:
* captcha: