İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə gərə Höccətül-İslam vəl-müslimin Kazim Siddiqi - Tehranın müvəqqəti Cümə Namazı İmamı, bu gün 26 iyul Tehranın Cümə Namazı xütbələrində insanları İlahi təqvaya səsləyərək, İslam İnqilabının Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin tövsiyə və sifraişlərinə işarə edərək deyib: "Biz bu gün qafilliyiə düçar olmamalı, Allaha təvəkkül etməli və işin sonunu da Allaha tapşırmalıyıq".
O, çıxışında deyib: “ Allaha təvəkkül etməli və qəflətə qapılmamalıyıq. Biz peyğəmbər ümmətiyik və niyyətimiz islamı dünyaya çatdırmaqdır. Peyğəmbərlər öz iradələri ilə dünyanı təsir altına aldılar, bizdə axirəzzəman peyğəmbərinin ümməti olaraq polad iradəmiz, möhkəm təvəkkül və səbrimizlə bu yolu davam etdirməliyik. Biz ölkəmizin hər tərəfli zəngin olmasını istəyiriksə bunlara diqqət yetirməliyik. Biz hamiya bütün çətinlikləri aradan aparmağa qadir olduğumuzu və dünya ölkələrindən qabağa düşməyimizi göstərə bildik. Bizim düşmənimiz təkəbbürlüdür və bizimlə inad edir. Biz son 34 ildə çox irəlləmişik və buna görə keçən illəri “tərəqqi və ədalət” illəri adlandıra bilərik. Elmi və iqtisadi irəlləyiş bizim əsas üstünlüyümüzdür və yeni dövlət də ən azı keçmiş dövlət qədər bunları irəliyə aparmalıdır. Mənim yeni seçilmiş prezidentdən xahişim var. Bu gün bizim universitetlərimiz elmi və məzhəbi cəhətdən çox dolğundur. Allah eləməsin təhsil naziri vəya universitet rəhbərləri "fitnə qoxusu" gələnlərdən seçilsin. Buna diqqət yetirməyiniz üçün xahiş edirəm.”
O sözlərinin davamında Misirdə baş verən olaylarada toxunaraq qeyd edib: “Misirdə baş verən faciəvi hadisələr ürək yandırandır. Bu ölkənin tarixi çox qədimə dayanır. Biz alimlərdən, yazarlardan və digərlərindən vəziyyətə əl qoyaraq bu məsləni həll etmələrini istəyirik. Bu cür qan tökmələr müsəlmanlığa və aləmlərə rəhmət olan Peyğəmbərə yaraşmaz. Misirlilər bir-birilərinin canına düşməməlidirlər. Suriya sizin üçün böyük örnəkdir. İsrail orda müqaviməti sındırmaq üçün daxili döyüş yaratdı. Bu işlər İsrail və islam düşmənlərini sevindirir. Biz Misir xalqından bir araya gələrək vəziyyətin dahada faciəli olmamışdan qabaq məsələyə əl qoymalarını və inqilabı islam ümmətinin qələbəsiylə bitirmələrini istəyirik.”
İmam cümə həmçinin Avropa şurasının “Hizbullah”ı teror qrupları siyahısına salmasına toxunub: “Avropa şurası dünyanın sevimlisi, həm dünyada həmdə Livanda böyük dəstək görən, lideri Seyid Nəsrullah kimi mömin biri olan qrupu qara siyahıya salıb. Bu Avropa şurasının biabırçılığıdır. Çox təssüf ki, onlar terror üçün yaranan və bu işləri ilə qürur hissi duyan İsraili bu siyahıya salmır, əksinə müdafiə edir. Biz yalnız müdafiə xarakterli təşkilat olan “Hizbullah”ı bu qara siyahıya salınmasını məhkum edir və qeyri qanuni hesab edirik. Bu sizin məğlubiyyətinizin müqəddiməsidir və “Hizbullah” bu işlərdən ziyan görməyəcək.”
Höccətül İslam Vəl mulsimin Kazim Siddiqi sonda Cümə namazının imam Xomeyni tərəfindən yenidən bərpa olunma il dönümünə toxunaraq hamıya müvəffəqiyyətlər arzulayıb. Eyni zamanda Orucluq ayının yalnış adət və xasiyyətlərdən uzaq olmaq üçün gözəl fürsət olduğunu və Qədr gecələrindəndə düzgün yararlanmağı namaz qılanların nəzərinə çatdırıb.
1263978