IQNA

İmam Əli (ə) dünyada insan hüquqlarının təsisçisidir / Yalandan insan hüquqları deyib çığıranlar İmamdan (ə) öyrənsinlər

14:47 - July 29, 2013
Xəbər sayı: 2568722
Dini Elmi Hövzələr qrupu: Ayətullah Üzma Cəfər Sübhani – Şiələrin Ali Dini Mərcəi, İmam Əlinin (ə) İnsan Hüquqlarının təsisçisi olduğuna və bu hüquqlara ilk öncə O həzrətin (ə) özünün əməl etdiyinə işarə edərək dedi: "Qərbdə və Amerikada yalandan insan hüquqları deyib çığıranlar və Suriya və digrə müsəlman ölkələrində vəhşi cinayətlər törədənlər İnsan Hüquqlarının nə olduğunu gərək İmam Əlidən (ə) öyrənsinlər".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Üzma Cəfər Sübhani – Şiələrin Ali Dini Mərcəi, birinci Qədr gecəsi Cəmkəran məscidində Qədr gecələrinin fəzilət və əhməiyyətindən söz açaraq dedi:
"Təkvin və yaradılış aləmi Qədr gecəsi özünün bir illik proqramını nizama salır.
Necə ki, bir dövlət hər ilin başında özünün bir illik proqramlarını tənzim edir. Bu gecə də bütün yaradılışın və xüsusi ilə də insanın bir illik yaşayının necə olacağı bu gecə qərara alınır".
"Əlbəttə bu, o demək deyil ki, insan özünün gələcək bir illik həyatında heç bir təsirə malik deyil və ixtiyarsızdır. Bəlkə, bu insan özüdür ki, öz taleyini yazır, özünü xoşbəxt və ya bədbəxt edir. "İnsanın taleyi əzəldən yazılıb və onu pozmaq olmaq" – sözü kimi ifadələr əsassız, boş və puç sözlərdir.
Quran ayələrinə əsasən insan üçün iki cür tale dəftəri var. "Lövh əl-məhfuz" - dəyişilməz lövhə və dəyişilən, pozulub-yazıla bilən. Buna görə də insan öz əməli, duası, niyyəti, özünə inamı və güclü iradəsi ilə öz taleyində və həyat axarında güclü təsirə malikdir.
Bunun üçün də biz Qədr gecəsi oyaq qalmalı, ibadət etməli, dualar oxumalı və günahlarımızdan tövbə etməliyik ki, önümüzdəki bir illik həyatımızda bədbəxt hadisələrdən və azğınlığa düşməkdən amanda qalaq və xilas olaq. Bu gecə gərək xalis niyyətdə olduğumuzu İmam Zamana (ə.f) çatdıraq. Çünki, bu gecə Allahın əmri ilə İmam Zaman ağa (ə.f) bizim bir illik həyaımızın ümumi müqəddəratını imza edəcəkdir".
Ayətullah Sübhani çıxışının davamında bu gecələrin şəhidi Həzrət Əlinin (ə) fəzail və üstünlüklərinə işarə edərək dedi:
"O həzrət (ə), İsa (ə) kimi Allah evində dünyaya gəldi. İsa (ə) Beytülləhimdə, O (ə) isə Kəbədə. Allah-Talla Əlinin (ə) anası Fatimə üçün cənnətdən yemək göndərdi, amma İsanın (ə) anası Məryəmə isə qidalanmaq üçün Xurma ağacını göyətdi ki, ondan qidalansın.
İsa və Əli (ə) hər ikisi iki cür nadan insanlarla qarşılaşdı: Onların barəsində "ğülüv" edib Allah bilənlər və ya Onlarla (ə) qanlı düşmənçilik edib, Onlara (ə) zülm və nifrət edənlər".
Ayətullah Sübhani İmam Əlinin (ə) Malik Əştərə yazdığı məktuba və İmam Əlinin (ə) İnsan Hüquqlarının təsisçisi olduğuna və bu hüquqlara ilk öncə O həzrətin (ə) özünün əməl etdiyinə işarə edərək dedi: "İmam Əlinin (ə) bu məktubda insanlar üçün qail olduğu haqlar bu gün heç bir təşkilatın və ölkənin qanunlarında öz əksini tapmamışdır. İmam Əli (ə) qoca məsihilər üçün də qocalıq və təqüd haqqı ayırmışdı. O (ə) bütün insanlar və hətta bütün varlıqlra irqlərindən, dinlərindən və növlərindən asılı olmayaraq hörmətlə yanaşırdı. Buna gördə İmam Əli (ə) insan hüquqlarının təsisçisidir.
Qərbdə və Amerikada yalandan insan hüquqları deyib çığıranlar, Suriya və digər müsəlman ölkələrində vəhşi cinayətlər törədənlər İnsan Hüquqlarının nə olduğunu gərək İmam Əlidən (ə) öyrənsinlər".
Ayətullah Sübhani Onun (ə) fəzilətləri barədə danışarkən dedi: "Əhməd bin Hənbəl (Əhli-Sünnənin 4 imamından və ən böyük hədis ustadlarından biri) deyir: "Səhabələrin heç birinin barəsində Peyğəmbərin (s) İmam Əli (ə) haqqında dedyi sözlər kimi gözəl və səhih sözlər deyilməmişdir" – Bu da Əlinin (ə) haqqında rəvayət olunan çoxsaylı fəzilət hədislərinin doğruluğuna dəlalət edir".
1264852
captcha