İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Səudiyyə dövləti Məscidul-Həramın ətrafının genişləndirilməyi üçün Kəbənin ətrafında olan binaları və Məscidul-Həramın bəzi mərtəbələrini dağıdıaraq yerində "təfav"ı qocalar və əlillər üçün asanlaşdıran yeni bir tikilinin inşasına başlamışdır.
Buna görə də İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şiələrin Ali Məqamlı Dini Mərcəi Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Sistaninin dəftərinə ünvanlanmış sualda (istifta) soruşmuşdur: "Məscidul-Həramın ətrafının genişləndirilməyi məqsədi ilə qədim təvaf tikilisi dağıdılmasını və Kəbənin ətrafında müvəqqəti düzəldilmiş "təvaf" tikilisinin Kəbənin özündən təkcə bir metr kiçik olmasını nəzərə alaraq bu yeni tikilidə Kəbəni təvaf etmək olar ya yox?" – (Kəbənin hündürlüyü 14 metr, yeni tikili isə 13 metrdir).
Ayətullah Üzma Seyid Sistani İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Kəbənin ətrafında "təvaf" üçün tikilən yeni tikilidə "təvaf" etməyin hökmü barədə soruşduğu suala cavab olaraq bildirib: "Əgər Kəbənin ətrafında "təvaf" üçün tikilən yeni tikilinin hündürlüyü Müqəddəs Kəbədən kiçik olarsa bu tikili üzərindən təvaf etmək caizdir".
1274403