İQNA-nın (Beynəlxalq Quran Xəbər Agnetliyi) verdiyi xəbərə görə Höccətül-İslam vəl-müslimin Siddiqi – Tehranın Cümə Namazının Xətibi, bu gün Cümə Namazının xütbələrində İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə başsağlığı verərək və İslami dövlətin xüsusiyyətlərinə işarə edərək dedi: "İslami dövlət sisteminin məsulları dinin bütün cəhətlərinə imanları olmalı, Qurana xidmət etməli və Quranın hökmlərini ictimaiyyətdə icraya qoymalıdırlar".
O, çıxışında bildirib: “Ayətulah Xameni İranın 11-inci dövlət kabinetinin üzvlərilə olan görüşdə ayə və rəvayətlərə əsasən dəyərli fikirlər səsləndirdi. Onun buyurduqları dövlətin yol xəritəsidir. Rəhbərimiz rəhmətlik imam və şəhidlərin vəsiyyətnaməsinə diqqət yetirməyimizi istədi. Bizim hazırki liderimiz keçmiş liderimizin güzgüsüdür ki, zahir olub.
Yeni hökumətin xalqa xidmət və fəsadların, problemlərin ləğvi uğrunda əlindən gələni edəcəyənə inanır və Allahdan bunun üçün kömək istəyirik. Əgər islami ölkədə vəzifə sahibisinizsə, ik olaraq vəzifənin islami qayda-qanuna əməl etmək olduğunu bilməlisiniz. Çünkü bizim dinimiz mədəniyyət, iqtisadiyyat, təbiyyə, siyasət dinidir. Bütün vəzifə sahibləri imamın və şəhidlərin inandığı yola inanmalı və Allahın vədələrinin yerinə yetəcəyinə etiqad bəsləməlidirlər.
İnqilabdan sonra biz bütün dünya ölkələrinin önündə durduq, hansı ki, bizi hər şeydən məhrum etmişdilər. Hamı Allah yolunda müqavimətin qələbə çalmasının şahidi oldu. Ökənin dəyəri xalqa etdiyi xidmətdən, əhalinin rifahı üçün görülən işlərdən məlum olur, çünkü insanlara xidmət etmək peyğəmbərlərin missialarındandır."
Ayətullah Siddiqi yeni prezidentə işarə edərək bildirib: “Onun əynində peyğəmbər libası var və xalqa xidmətin vilayət altında olmasını, həmçinin vəzifəsinin keçmiş prezidentlərdən daha məsuliyyətli, fərqli olduğunu bilməlidir.”
Cümə xətibi Misir hadisələrinə də toxunaraq bildirib: “Ayətullah Xameneinin də dediyi kimi bizim Misirin daxili işlərinə müdaxilə etmək fikrimiz yoxdur, lakin günahsız öldürülən insanlar qarşısında da sakit qala bilmərik. Silahsız insnaların öldürülməsi hər halda qınanmalıdır. Əhli-beytə (ə) sevgisi ilə məşhur olan Misir xalqı bu problemlər barəsində bir tədbir tökməli və daxili qarşıdurmaların qarşısını almalıdır. Çünkü bu iş digər ölkələrdə inqilabın gözünü kor etmək üçündür. Bəzi dövlətlərin Misir hadisələrindən vəhşətə gəlmələrinin səbəbi islami oyanışın baş verməsindən olan qorxularından irəli gəlir. Bu ölkənin yaxşılığını düşünən quvvələr daxili münaqişələrin qarşısını almalı və azad seçkilərlə yolu davam etməlidirlər. Eyni zamanda Hüsnü Mübarəkin azad, seçimlə hakimiyyətə gələnin isə həbs olunması təəccüb doğurandır.”
İraqda baş verən partlayışlara da toxunan xətib bildirib: “Bu mövzu xalqa nazil olan bəlalardandır. Bəzi qüvvələrin bu ölkədə vətəndaş müharibəsinin başladılması istəyi terrorların sayını artırıb. Lakin alimlərin sayıqlığı bu addımları hələ ki zərərsizləşdirə bilib.”
Sonda Suriya məsələsinə toxunan Siddiqi deyib: “ABŞ dəqiq göstərə bilmədiyi dəlilləri bəhanə edərək İraqa, daha sonra isə Əfqanistana hücum etdi. Amerika o qədər zəlil olub ki, öz istəyi ilə sionist rejimin çürümüş ipi sayəsində bataqlığa batmaqdadır. Lakin o bataqlıqdan çıxması öz istəyi ilə mümkün olmayacaq. Onlar bu qədər xərc çəkmələrinə baxmayaraq hələ də Əfqanistanda giriftardılar.
ABŞ özünü Suriyaya hücuma hazırlayır, lakin barıt ambarına kibrit vuracağını və bu işlə müsəlman xalqlarının onlara qarşı nifrətinin artacağından xəbərsizdir. Həqiqətən onlar bu yalnış hərəkətləri ilə məğlub olacaqlar və qələbə müqavimətçi Suriya xalqıyladır.”
1280180