IQNA

Fransız xalqının çox əksəriyyəti Suriyaya hərbi müdaxilənin əleyhinədilər

7:39 - September 01, 2013
Xəbər sayı: 2582921
Beynəlxalq qrup: Dünən həftənin altıncı günü avqust ayının 31-də Fransada keçirilən sorğuların nəticələri göstərir ki, hər üç nəfər fransalının iki nəfəri Amerikanən Suriyaya hərbi müdaxiləsinin və Fransa dövlətinin ABŞ ilə bu işdə həmkarlıq etməsinin əleyhinədir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "atlasinfo" xəbər saytına istinadən verdiyi xəbərə görə dünən, həftənin altıncı günü, avqust ayının 31-də BVA sorğu müəssisəi tərəfindən "CQFD" TV kanalı və "Lü Pariziyən" qəzeti üçün Fransada keçirilən sorğuların nəticələri göstərir ki, hər üç nəfər fransalının iki nəfəri Amerikanın Suriyaya hərbi müdaxiləsinin və Fransa dövlətinin ABŞ ilə bu işdə həmkarlıq etməsinin əleyhinədir.
Bu sorğunun nəticələri göstərir ki, Fransa xalqının 64 % Amerikanın Suriyaya hərbi müdaxiləsinin və Fransa dövlətinin ABŞ ilə bu işdə həmkarlıq etməsinin əleyhinədir.
Elə bu sorğulara əsasən də məlum oldu ki, fransalıların 58% Fransa dövlətinə və ölkə başçısına Suriyaya hərbi müdaxilə olunmasında ABŞ ilə həmkarlığı barədə etmad və inamları yoxdur.

1280712
captcha