IQNA

15:42 - September 26, 2013
Xəbər sayı: 2595420
Beynəlxalq qrup: Şeyx Əli Cümə - Misirin keçmiş müftisi, Ali Dini Lider Hərzət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin şiələr tərəfindən Əhli-Sünnənin inanclarına və müqəddəs saydıqlarına qarşı təhqirin haram olduğu barədə verdiyi fətvanı alqışlayaraq vurğulayıb: "Bu fətva Ayətullah Xameneinin İslam və müsəlmanlara göstərdiyi ən böyük xidmətlərindən biridir və müsəlmanların vəhdəti üçün ən böyük köməkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Dünya Əhli-Beyt (ə) Birliyi təşkilatının rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, Misir müftisi şeyx Əli Cümə “Əl-Ərəbiyyə” kanalına verdiyi açıqlamalarda ayətullah Xameneinin əhli-sünnə müqəddəslərini təhqir etməyin haram olma fətvasını dəstəklədiyini bildirib.
O, sünni alimlərinə səslənərək deyib: “Bizim hamımızın vəzifəsi şiə məzhəbi ilə yaxından əlaqə qurmağımızdır. Şiə məzhəbinin fiqhi bizim fiqhimizdən daha genişdir. Bunu şiə alimlərinin verdiyi fətvalardan anlamaq mümkündür. Şiə məzhəbinə xas olan heç bir kitabda peyğəmbər səhabəsinə və xanımına hörmətsizlik olunmayıb. Bu məzhəbin alimləri bu cür işlərin şiələrə deyil, düşmənlərə məxsus olduğunu bildiriblər. Ayətullah Xameneinin verdiyi fətva isə 2 məzhəb arasında olan vəhdətin güclənməsinə səbəb olub.”
Şeyx Əli Cümə söhbətinin sonunda sünnilərin şiə məzhəbinin fiqhinə müraciət etmələrində heç bir maneə olmadığını bildirərək “Mənim fikrimcə də bu işin heç bir problemi yoxudr və caizdir. Necə ki, bu hökmü Misir xalqının böyük alimi şeyx Şəltut da bildirmişdi. Çünki biz bu iki məzhəb arasında heç bir fərq görmürük” deyib.
1293998
Ad:
E-poçt:
* Comment:
* captcha: