IQNA

Sionistlər Qüdsdə məscid divarına Peyğəmbərimizi(s) təhqir edən sözlər yazdılar

9:59 - October 09, 2013
Xəbər sayı: 2601530
Beynəlxalq qrup: Sionist qəsəbə sakinkləri oktyabr ayının 7-də işğal olunmuş Qüds torpaqlarında yerləşən "Beyt Əksa" kəndinə yürüş edərək kəndin məscidinə hücum etdilər və məscidin divarlarına İslam Peyğəmbərini (s) təhqir edən və aşağılayan sözlər yazdılar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" saytına istinadən verdiyi xəbərə görə Sionist qəsəbə sakinkləri oktyabr ayının 7-də işğal olunmuş Qüds torpaqlarında yerləşən "Beyt Əksa" kəndinə yürüş edərək kəndin məscidinə hücum etdilər və məscidin divarlarına İslam Peyğəmbərini (s) təhqir edən və aşağılayan sözlər yazdılar.
Ərəb KİV-lərinə istinadən verilən məlumata əsasən, Məhəmməd Ğeys – "Fələstinpress" TV kanalının müxbiri, öz reportajında bildirib ki, Ramut qəsəbəsinin bir qrup yerli sionist sakinləri Qüdsün şimal-qərbində yerləşən Beytül-əksa kəndinə soxularaq iki maşını yandırdılar və kənd məscidinə hücum etdilər.
Sionistlər məscidin divarlarına İslam Peyğəmbərinə (s) qarşı təhqir edici sözlər yazdılar.
Onlar məscidin divarına təhqir edici sözlər yazmaqla kifayətlənməyib məscidin əsas giriş qapısını da sındırmaq istədilər ki, lakin namaz qılmağa gələn dindarlar onlara mane oldular.

1300030
captcha