İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Tehranın müvəqqəti İmam Cüməsi Ayətullah Məhəmməd İmam Kaşani bu gün (18 oktyabr) Tehranın Cümə namazının xütbəsində "Fəqihin Vilayəti" məsələsinə işarə edərək dedi: İmam Zamanın (ə.f) qeybət dövründə Vilayət məsələləri bütün əxlaqi və elmi şərtlərə sahib olan "fəqih"in öhdəsinə düşür ki, İslami toplumları idarə edir və belə bir səlahiyyətli insan (vəliyyi-əmr) ictimaiyyətdə sabitliyi, ədaləti, ictimai hüquqları və təhlükəsizliyi qorumaq üçün zəruridir.
O, etdiyi çıxışda Həcc ziyarətinə, həmçinin İslam İnqilabının Ali Rəhbəri ayətullah Xameneinin Həcc mərasimində oxunan mesajına toxunaraq bildirib: “Ayətullah Xamenei öz mesajında İslam dünyasının problemlərinə toxunub. Bu gün İslam dünyası düşmənin illər öncə planlaşdırdığı problemlərlə üzləşir.
Hicrətin 2-inci əsrində “Sələf” məsələsi meydana çıxdı. Bir qrup şəxs, biz keçmiş səhabələrin sözlərinə qayıdırıq dedi. İlk baxışdan bu əslində düzgün işdir, lakin onların məqsədi yalan söyləyərək yalnış düşüncələri formalaşdırmaq idi. Bir müddətdən sonra müsəlmanların, xüsusən də şiələrin üzərinə gələrək onları təkfir etdilər.
Hicrətin 7-inci əsrində isə Sələfilik əqidəsi İbn Teymiyyə tərəfindən böyüdüldü və başda Misir olmaqla bir çox ölkələrə yayıldı.
Muhəmməd ibn AbdulVəhhab isə Ərəbistan yarımadasında Sələfiliyin banisi oldu və bəzi müsəlman qruplarını kafir adlandırmağa başladı.”
İmam-cümə sözlərinin davamında vəhhabilərin törətdiyi cinayətlərə toxunaraq bildirib: “İslam peyğəmbəri (s) müşriklərlə döyüşlərdə qadın və uşaqlarla ehtiyatlı və mehriban davranmağı tapşırırdı. Məkkənin fəthi zamanı o, bayrağı Səd ibni Ubbadədən “Bu gün intiqam günüdür” deməsinə görə aldı və “Bu gün rəhmət günüdür” deyərək həzrət Əliyə (ə) təqdim etdi.
İslamın harasında vəhhabilərin törətdikləri cinayətlər törədilib? Niyə uşaq və qadınların qarnı yarılır, insanların ürəyi çıxardılaraq yeyilir?
Ayətullah Xameneinin də dediyi kimi, bu gün düşməni tanımaq və vəhdət İslam dünyasının dərdinin dərmanıdır.
Özünə müsəlman deyən hər bir şəxs Peyğəmbərin bu barədə sünnəsini yaymalı və təbliğ etməlidir ki, bu təkfirçi qrupların dindən uzaq oması və İslama əhəmiyyət vermədikləri aydın olsun. Bu gün bu axmaq qrupun arxasında qorxulu siyasi əl dayanıb. Onlar “Biz Peyğəmbərə iman gətirmişik” deyərək müxtəlif cinayətlərə əl atırlar. Bunun müqabilində müsəlmanlar vəhdət sərgiləməlidirlər. Hər bir dövrdə vilayətin olmasının zəruriliyi də buna görədir.
Ayətullah Xameni və digər təqlid mərcelərinin də dediyi kimi, digər məzhəblərin müqəddəs hesab etdikləri etiqadlarına hörmət göstərməli və təhqirdən uzaq olmalıyıq.”
O, həmçinin İran və 5+1 ölkələrinin Cenevrədə keçirilən görüşünə də diqqət çəkərək deyib: “İran heç vaxt təhlükəsizliyi pozmayıb. İran nüvə silahını haram hesab edir və ayətullah Xamenei də bu barədə fətva verib. Sionsit rejimi hər şeydən öncə öz təhlükəsizliyini düşündüyünü söyləsə də, yalan deyir. Onların yeganə məqsədləri İslamın tamamilə aradan getməsidir. Bunun üçün də İslamı zorakılıq dini kimi göstərməyə çalışırlar. Sionistlər bir ovuc Allahı danan, cinayətkar qrupdurlar.
Biz batilə qarşı müqavimət yolunda ölkəmizin müvəffəq olacağına və digər ölkələr üçün nümunə olacağına inanırıq.”
Sonda cümə xətibi hamının Qurban və qarşıdan gələn Qədir-Xum bayramını təbrik edərək bildirib: “Vilayətin batini mənası da var və o da Peyğəmbərin (s) buyurduğu kimi, İlahi rəhbərlərin bizim mənəvi atamız olmalarıdır. Rəsulalah (s) “Mən və Əli bu ümmətin atalarıyıq” deməklə imam Əlini (ə) özündən sonra canişin qərar verdi. İmam Əlinin (ə) vilayətini qəbul edənlər həqiqətdə onu mənəvi ata kimi qəbul etməlidirlər ki, bu da təvazö, insanların haqlarını qorumaq və əmanətdar olmaqla mümkündür.”
1304215