IQNA

Misirlilər "Təkfirçilərlə mübarizə karvanı"nı alqışla qarşıladılar

15:27 - October 28, 2013
Xəbər sayı: 2609615
Beynəlxalq qrup: "Təkfirçilik təfəkkürü ilə mübarizə və mötədillik cəbhəsi"nin təkfirçilik cərəyanı ilə mübarizə üçün təşkil edtiyi təbliğat karvanı Misirin müxtlif şəhərlərini gəzərək insanları həqiqi İslama, orta yola və mötədil olmağa dəvət edən kitabçalar paylamış və misirlilərdə bu karvanı alqışla qarşılamışlar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Misriyyun" xəbər saytına istinadən verdiyi xəbərə görə "Təkfirçilik təfəkkürü ilə mübarizə və mötədillik cəbhəsi"nin təkfirçilik cərəyanı ilə mübarizə üçün təşkil edtiyi təbliğat karvanı Misirin müxtlif şəhərlərini, xüsusilə də təkfirçilərin daha çox fəaliyyət göstərdikləri şəhərləri gəzərək insanları həqiqi İslama, orta yola və mötədil olmağa dəvət edən kitabçalar paylamış, camaatı təkfirçiliyin zərər və ziyanları ilə tanış etmişlər və misirlilərdə bu karvanı və karvanın işini alqışla qarşılamışlar.
Təkfirçilik ilə mübarizə karvanının hədəfi insanları həqiqi İslamla tanış etmək, əsl İslam maarifini onlara aşılamaq, təkfirçiliyin zərərlərini onlara başa salmaqdır ki, bu məqsədlə də həqiqi İslam maarifini tanıdan 1000-dən kitabça çap edərək camaat arasında paylamışlar. Bu işdə onlara Əl-Əzhər Universitetnin alimləri də köməklik göstərmişlər.
Təkfirçilik ilə mübarizə karvanın ilk dəstəsi həftənin altıncı günü (26 oktyabr) Sina əyalətinə getmiş və bu əyalətin sakinləri tərəfindən hörmətlə qarşılanıblar.
Səbrə Qasimi - təkfirçilik ilə mübarizə karvanının təşkilatçısı, bu barədə deyib: Əl-Əzhər universitetinin alimləri də orta yol və mötədillik təfəkkürünün yayılması və təkfirçilik cərəyanı ilə mübarizə məqsədilə təbliğat karvanı ilə həmkarlıq edirdlər.
1308805
captcha