IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi;

Dünən Quran-Kərimin peşəkar qiraəti üzrə yarışlarların ilk mərhələsi başladı

0:48 - January 02, 2015
Xəbər sayı: 2666267
Quran üzrə fəaliyyətlər qrupu: İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin "Milad" qülləsində keçirilməkdə olan "Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi"nin 5-ci turu dünən, cüməaxşamı günü, yerli vaxtla saat 15:00-da öz Quran-Kərimin peşəkar qiraəti üzrə yarışlarına başladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin "Milad" qülləsinin keçirilməkdə olan "Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi"nin 5-ci turu dünən, cüməaxşamı günü, 2015-ci ilin yanvar ayının ilk günündə yerli vaxtla saat 15:00-da öz Quran-Kərimin "peşəkar qiraət"i üzrə 15 nəfər müxtəlif ölkələrdən olan müsəlman tələbənin iştirakı ilə yarışlara başladı.



Bu xəbərə görə dünən bu yarışlarda Türkiyədən Ömər Kamal, Senqaldan Əli Bədra Anga, Taylanddan Xəmsan Li Am, Kozovodan Fəlamur Kusami, İngiltərədən Seyid Cəlal Məsumi, Misrdən Kəmaləddin Məhəmud Məhəmməd İbrahim, Pakistandan Məhəmməd İkramulla, Bəhreyndən Əli Əbdülcəbbar Avinani, Əfqanıstandan İskədər Hüseynəli, Danimarkadan Əli Əzziyadi, Bosniyadan Hüseyn Aykioviç və Belçikadan Armin Rəhimizadə Quran-Kərimin peşəkar qiraəti üzrə rəqabət aparıblar.


Teqlər: quran ، yarış ، 5 ، ci ، tur ، beynəlxalq ، iran ، İslam
captcha